Altı aydır, qazandırmır – Yanvarda bahalaşan qızıl, yenə ucuzlaşdı
Kateqoriya məlum deyil
Əsas yığım vasitələrindən biri olan qızılın qiyməti 6 aydan çoxdur ki, ciddi dəyər qazana bilmir. 2020-ci ilin avqustundan qızılın qiyməti əsasən 55-62 dollar intervalında dəyişir. Bu qiymət intervalı daxilində qızıl müəyyən gəlir gətirsə də uzunmüddətli dövrdə qazanc gətirməyib.
Sfera.az xatırladır ki, 2019-cu ilin aprelindən 2020-ci ilin avqustuna kimi bahalaşan qızıla sərmayə qoyuluşu kifayət qədər artmışdı. Bu dövrdə xalis qızılın bir qramının qiyməti 43 dollardan, 64 dollara qədər artmışdı.
Qızılın qiymətində növbəti eniş 2021-ci ilin əvvəlindən müşahidə edilir. Yanvarda qramının qiyməti 63 dollara qədər yüksələn qızıl hazırda 57,5 dollara təklif edilir.
Altı ay ərzində qızılın dəyər qazana bilməməsi illik müqayisədə də onun gəlirliliyini azaldır. Bir il əvvəlki qiymətlərlə müqayisədə qızılda bahalaşma 10 faiz həddinə enib. Halbuki, bir neçə ay əvvəl qızılda illik bahalaşma 20 faizdən yüksək idi.Vasif
Sfera.az






