Logo

Yanvardakı geriləmə iqtisadi artımın qarşısını ala bilməyəcək - Ekspert

Yanvardakı geriləmə iqtisadi artımın qarşısını ala bilməyəcək - Ekspert
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

2021-ci ildə Azərbaycanda ümumi daxili məhsul (ÜDM) istehsalında artım proqnozlaşdırılsa da yanvarda əks göstərici qeydə alınıb. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2021-ci ilin yanvarında ölkədə 6,257 milyard manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,5 faiz az ÜDM istehsal edilib.

İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 6,2 faiz azalıb, qeyri neft-qaz sektorunda isə 0,1 faiz artıb.

2021-ci il üçün büdcə zərfinə daxil olan "Azərbaycan Respublikasının 2021-ci il və növbəti 3 il üçün iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri"nə əsasən bu il ÜDM istehsalı 75,7 milyard manat olmaqla 3,4 faiz artmalıdır. Xatırladaq ki, əvvəlki ildə ÜDM istehsalı 4,3 faiz azalaraq 72,4 milyard manata enib.

İqtisadçı-ekspert Xalid Kərimli yanvarda ÜDM istehsalının azalması səbəbləriniSfera.az saytına şərh edib. X.Kərimli qeyd etdi ki, 2021-ci ilin yanvarında ÜDM istehsalının 2020-ci illə müqayisədə azalması sırf karantin tədbirləri ilə əlaqədardır. O xatırlatdı ki, ötən ilin yanvarında karantin rejimi tətbiq edilməmişdi və iqtisadiyyatda aktivlik var idi. Amma bu ilin yanvarında ayın 18-nə qədər sərt karantin olub. Eyni zamanda digər günlərdə də xüsusi karantin rejimi saxlanılıb. X.Kərimli söylədi ki, məhdudiyyətlərin olması iqtisadi göstəricilərdə öz əksini tapıb.

İqtisadi-ekspert proqnozlaşdırır ki, ikinci rübdən etibarən iqtisadi artım tempi yüksələcək. Xüsusən aprel-may aylarında ötən illin eyni dövrü ilə müqayisədə böyük artım olacaq. Onun fikrincə aprel-may ayındakı artım yanvarda qeydə alınan azalmanı artıqlaması ilə kompensasiya edəcək.

X.Kərimli 2021-ci ildə iqtisadi artımın olacağını sadəcə Azərbaycan hökumətinin proqnozlaşdırmadığını da qeyd etdi. Ekspert dedi ki, əksər tanınmış beynəlxalq maliyyə qurumları 2021-ci ildə Azərbaycan iqtisadiyyatında artım gözləyir: "2021-ci ildə Azərbaycanda ÜDM istehsalının artacağını yalnız hökumətin proqnozlarında yox, həm də Dünya Bankının proqnozunda görmək olar. Dünya Bankı proqnozlaşdırır ki, bu il iqtisadi artım 1,9 faiz olacaq. Müxtəlif reytinq agentlikləri də artım gözləyir. O cümlədən, "Fitch” 2,7 faiz, "S&P” 2,9 faiz artım olacağını proqnozlaşdırır.

ÜDM istehsalında artımın proqnozlaşdırılmasının əsas səbəbləri neft qiymətlərinin bərpa ediləcəyi ilə bağlıdır. 2020-ci ildə ÜDM istehsalında azalmanın əsas səbəblərindən biri neft-qaz sektorunda 7 faiz azalma idi. Neft qiymətlərinin bərpası və tədricən neft hasilatı kvotasının yumşaldılması neft-qaz sektorunda artımla müşahidə ediləcək. Karantinin aradan qalxması və dövlət büdcəsinin xərclərinin artırılması isə paralel olaraq qeyri-neft sektorunda da artıma imkan yaradacaq”.

Vasif

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR