Logo

"Heç nə hiss etmədim, yan təsiri də yoxdur" - Vaksinasiya olunmuş deputatlardan açıqlama

"Heç nə hiss etmədim, yan təsiri də yoxdur" - Vaksinasiya olunmuş deputatlardan açıqlama
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Xəbər verdiyimiz kimi, fevralın 8-dən etibarən yaşı 65-dən yuxarı olan şəxslərin vaksinasiyasına start verilib. Qeyd edək ki, qardaş Türkiyədə bu proses bizdən bir qədər əvvəl, yanvar ayının ortalarından başlayıb.

Koronavirus əleyhinə peyvənd olunan şəxslər arasında deputatlar da yer alır.

Vaksinasiya olunmuş türkiyəli və azərbaycanlı deputatlar bu proseslə bağlı öz fikirlərini Sfera.az-la bölüşüblər:

Yanvar ayında koronavirus əleyhinə peyvənd olunmuş türkiyəli deputat Atilla Sertel insanları narahat olmamağa çağırıb:

"Mən yanvar ayında peyvənd olunmuşam. Vaksinasiyadan sonra heç bir narahatlığım olmadı. Peyvəndin yan təsiri yoxdur. Hər kəs vaksinasiyadan keçməlidir ki, xəstəlik azalsın".

Deputat Cavanşir Paşazadə həkimlərin dediyi yüngül narahatlıq hissinin belə olmadığını bildirib:

"Peyvənd olunduqdan sonra heç bir narahatlığım olmadı, demək olar ki, heç nə hiss etmədim. Həkimlər vaksinasiyadan sonra bir az narahatlığın yarana biləcəyini desə də məndə bu hal olmadı. Vaksinasiyanın yan təsirlərinin olmasını deyənlər var, bunlar hamısı şaiyədir. Dövlət zəhmət çəkir, bizim qayğımıza qalır. Bizim hamımızın borcu  da peyvənd olunmaqdır".

Sfera.az

Əzizə Zeynal
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR