Putin "qısa müddətli telefon brifinqləri" keçirəcək – Peskov açıqladı
Kateqoriya məlum deyil
Koronavirus Vladimir Putinin jurnalistlərlə ünsiyyətinə öz mənfi təsirini göstərib, amma mətbuat nümayəndələri ruhdan düşməyərək "qısa müddətli telefon brifinqləri keçirməyi” təklif edib.
Sfera.az xəbər verir ki, Kreml sözçüsü Dmitri Peskov ünsiyyətin sözügedən variantını belə şərh edib: "İdeyanın mahiyyəti: Rusiya lideri önəmli tədbirlərdən sonra media ilə qısa müddətli telefon söhbəti apararaq işıqlandırılması lazım olan əsas detallar haqda məlumat verə bilər”.
"Biz hökmən buna diqqət yetirəcəyik və prezidentdən gələcəkdə xüsusi əhəmiyyətə malik tədbirləri qısa müddətli telefon brifinqlərində müzakirə etməsini xahiş edəcəyik”,- deyə mətbuat katibi məsələyə aydınlıq gətirib.
Peskov həmçinin qeyd edib ki, pessimist olmağa ehtiyac yoxdur, çünki yaxın gələcəkdə tədricən mətbuat konfranslarının ənənəvi formatına, eləcə də normal iş formatına qayıtmaq mümkün olacaq.Mənbə: Pravda.ru
Tərcümə: SelcanSfera.az






