Logo

Dövlət sisteminə zərbə, planlaşdırılmış olaylar... - “Tramp məsuliyyətə cəlb olunacaq”

Dövlət sisteminə zərbə, planlaşdırılmış olaylar... - “Tramp məsuliyyətə cəlb olunacaq”
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Xəbər verdiyimiz kimi ABŞ-ın sabiq Prezidenti Donald Trampın ikinci dəfə impiçment məsələsi qaldırılıb. Onun məsuliyyətə cəlb edilib-edilməyəcəyi maraq doğurur.

Politoloq Məhəmməd Əsədullazadə bu barədə Sfera.az-a açıqlamasında məsələyə aydınlıq gətirib:

"Donald Trampın 4 illik prezidentlik dövrü Amerika tarixi üçün görünməmiş bir sistem formalaşdırdı.  Tramp tərəfdarlarının Kapitolini zəbt etməsi onun apardığı siyasi xəttin davamı idi.  Bütün bunları Trampın ABŞ dövlət sisteminə zərbəsi kimi qiymətləndirmək olar.  Amerika hüquq sistemi təbii ki, Trampın apardığı bu siyasəti qəbul etməyəcəkdi və etmədi”.

O, Trampa qarşı hüquqi proseduranın mütləq şəkildə baş verəcəyinə əminliyini ifadə edib:

"Cərəyan edən prosseslər onu göstərir ki, ona qarşı hüquqi prosedura start veriləcək. Artıq Tramp prezident deyil.  O, bu əsasda görüntü xatirinə impiçmentə məruz qala bilər.  Etiraz aksiyalarında əlinin olub-olmadığı da sözsüz ki, araşdırılacaq.  Trampın hakimiyyətin təhvil verilməsi törəninə qatılmaması, yeni prezidentin qələbəsini tanımaması da ona qarşıdakı dövrdə heç bir müsbət perspektiv qazandırmayacaq.  Bütün bunlar ona dəlalət edir ki, sabiq ABŞ Prezidenti Donald Tramp məsuliyyətə cəlb olunacaq.  Bu hər halda Amerika hüquq sistemində aparılacaq müzakirələrdən, siyasi proseslərdən asılı olacaq.  Kapitolodəki etiraz olayları təbii ki, ABŞ üçün görünməz bir hadisə oldu.  Bu olayı Tramp özü planlaşdırıb,  təşkilatlandırmışdı.  Yaranmış vəziyyət onu göstərir ki, Tramp bu istiqamətdə də sorğulanmaya cəlb ediləcək.  Onun impiçmenti də realdır”.

Elçin

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR