Logo

Nazir Asif İsmayılova yüksək vəzifə verdi - FOTO

Nazir Asif İsmayılova yüksək vəzifə verdi - FOTO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində (NRYTN) yeni təyinat olub.

Sfera.az-ın məlumatına görə, nazir Rəşad Nəbiyevin əmri ilə Asif İsmayılov qurumun aparat rəhbərinin müavini təyin edilib.

Qeyd edək ki, A.İsmayılov Kənd Təsərrüfatı Nazirliyinin Elektron hökumətin tətbiq edilməsi şöbəsinin müdiri olub.

NRYTN-in aparat rəhbərinin müavini Zamin Nurəhmədov ötən həftə vəzifəsindən azad edilib.

Bundan əlavə, nazirin əmri ilə Nazirliyin maliyyə və hesabatlıq şöbəsinin müdiri Gülru Hüseynova tutduğu vəzifədən uzaqlaşdırılıb.

Nazir Asif İsmayılova yüksək vəzifə verdi - FOTO

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR