Logo

“Bakı - Roma münasibətləri yüksək sürətli inkişaf dinamikasına malikdir” - Deputat

“Bakı - Roma münasibətləri yüksək sürətli inkişaf dinamikasına malikdir” - Deputat
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Azərbaycan dövləti xarici siyasətdə dost və əməkdaşlıq münasibətlərinə xüsusi önəm verir. Bu mənada Azərbaycanın Avropa Birliyi və NATO-nun üzvü İtaliya ilə münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə qədər yüksəlib. İki ölkə arasında Strateji tərəfdaşlıq haqqında sənəd imzalanıb.

Xüsusi vurğulanmalıdır ki, İtaliya Azərbaycanın torpaqların azad edilməsi uğrunda apardığı Vətən mühatibəsində ölkəmizin yanında oldu. Bundan başqa İtaliya Azərbaycanın əsas enerji alıcılarındandır. İki ölkə arasında iqtisadi-ticari əlaqələr inkişaf edir. Bütün bu uğurlar Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci il fevralında İtaliyaya səfəri çərçivəsində əldə edilib.

İki ölkə arasında bu əlaqələri Sfera.az-a şərh edən Milli Məclisin deputatı Elman Nəsirov əldə edilən nəticələrdən razı qaldığını diqqətə çatdırdı:

"Həqiqətdir ki, Azərbaycan Prezidenti İlham Əliyev Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi xarici siyasət kursunu sürətlə dəyişən dünyamızın geosiyasi reallıqlarına adekvat olaraq davam etdirir.  Ona hücum taktikası əlavə edib, innovativlik gətirib, kreoativlik əlavə edib. Nəticədə bu gün Azərbaycan kifayət qədər güclü dövlət olmaqla beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi qəbul olunur. Vətən müharibəsindəki qələbəmiz də bunu bir daha təsdiqlədi.

Bu kontekstdə Azərbaycanın çox yaxın tərəfdaşları arasında Avropanın xüsusi yeri var. Bakı Avropanın 9 dövlətilə strateji tərəfdaşlıq sənədi imzalayıb. Həmin dövlətlər arasında isə İtaliyanın yeri və çəkisi xüsusən böyükdür. Bu ilin dekabrın 31-də Cənub Qaz Dəhlizinin tam işə salınması, TAP layihəsinin reallaşması nəticəsində Azərbaycan qazı İtaliyanın cənubuna gedib çatacaq. Nəticədə Roma ilə Bakı arasında münasibətlər enerji sahəsində tamamilə yeni mahiyyət və məzmun kəsb etməkdədir”.

Deputatın fikrincə, Prezident İlham Əliyevin keçən ilin fevralında İtaliyaya etdiyi səfər bütün səfərlərin ən yüksəyi hesab edilir: "Burada aparılan müzakirə və imzalanan sənədlər bir daha onu göstərir ki, Bakı - Roma münasibətləri yüksək sürətli inkişaf dinamikası və tempinə malikdir. Dünən Azərbaycan Prezidentinin ölkəmizə səfər edən İtaliyanın nəhəng şirkətinin rəhbərliyini videoformatda qəbul etməsi də iki dövlət arasında münasibətlərin yüksək sürətlə inkişaf etdiyini bir daha təsdiqlədi. Prezident söyləmişdi ki, Azərbaycanın ağır günündə kim onu müdafiə edərək yanında olubsa, həmin dövlətlərlə münasibətləri daha da inkişaf etdirəcəklər. Bunun əsasında da işğaldan azad olunmuş ərazilərimizin bərpası və yenidən qurulmasında həmin ölkələrin müxtəlif şirkətlərinə yaşıl işıq yandırıldı”.

Deputat qeyd edib ki, indi İtaliya ilə Azərbaycan arasında münasibətlər yeni mərhələyə qədəm qoyur: "Qarabağın yenidən qurulmasında İtaliya şirkətlərinin fəal iştirakı təmin ediləcək. Müharibədən sonra Azərbaycana ilk səfər edən nümayəndə heyətini də məhz İtaliyanı təmsil edib. Bu da münasibətlərimizin səviyyəsindən xəbər verir.  İtaliya Azərbaycanla 1,6 milyard dollarlıq layihələrdə iştirak edir.  Əldə edilən razılaşmaya görə, İtaliya-Azərbaycan Univeritetinin də əsası qoyulacaq. Bundan sonra iki ölkə arasında elm və təhsil sahəsində də əlaqələr inkişaf edəcək. Bir sözlə, hazırda Azərbaycan-İtaliya münasinətləri digər dövlətlərə örnək ola biləcək münasibətlərdir.  Roma bütün məsələlərdə Azərbaycanın mövqeyini müdafiə edir. Bundan sonrakı mərhələdə də əlaqələrimizin geniş perspektivi var”.

Elçin

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR