Logo

“Qoşulmama Hərəkatı Azərbaycan üçün çox əhəmiyyətlidir” – Millət vəkili

“Qoşulmama Hərəkatı Azərbaycan üçün çox əhəmiyyətlidir” – Millət vəkili
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Azərbaycanın bu dərəcədə geniş dəstək aldığı bir platformadan imtina etməsi yolverilməzdir”.

Bu sözləri Sfera.az-a açıqlamasında bəzi siyasilərin Bakının Qoşulmama Hərəkatından çıxmasını təbliğ etməsinə münasibət bildirərkən Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu deyib.

Həmsöhbətimizin sözlərinə görə, Qoşulmama Hərəkatının prinsipləri bütövlükdə Azərbaycanın sərgilədiyi xarici siyasət prinsiplərilə üst-üstə düşür: "Başqa ölkələrin daxili işlərinə qarışmamaq, insan hüquqlarının təşviq olunması,  bloklara qoşulmamaaq kimi prinsiplər dövlətlərarası münasibətlərin normal məcrada inkişafında təsirli rol oynayan prinsiplərdir”.

Deputat bildirib ki, Azərbaycanın quruma üzv olduğu 2011-ci ildən bəri təşkilat çərçivəsində olduqca səmərəli fəaliyyət göstərdiyi göz qabağındadır: "Bu fəaliyyət öz növbəsində hərəkatın işinin səmərəliliyinə ciddi töhfə verib. Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının COVİD-19-la bağlı toplantısı keçirilib. Hansı ki, burada BMT Baş Assambleyasının koronavirusla mübarizə üçün xüsusi ssesiyasının çağırılması ideyası irəli sürüldü və təklif dəstəkləndi, qərarlar verildi.  Bu özlüyündə bütövlükdə Qoşulmama Hərəkatının səmərəli platforma olduğunun göstəricisidir”.

E. Mirbəşiroğlu qeyd etdi ki, dövlətimizin maraqlarının müdafiəsi istiqamətində də Qoşulmama Hərəkatı effektiv platforma rolunda çıxış edib: "Hərəkat çərçivəsində, onun qəbul etdiyi yekun sənədlərdə Azərbaycanın ərazi bütövlüyü daim dəstəklənib. 2019-cu ilin oktyabrında hərəkatın XVIII zirvə toplantısı Bakıda oldu. Toplantının nəticəsi olaraq qəbul olunan 4 qətnamənin 3-də Azərbaycanın ərazi bütövlüyü açıq mətnlə dəstəkləndi. Hətta burada qeyd olundu ki, Ermənistanın işğalı nəticəsində yaranmış vəziyyətin hüquqiliyi Hərəkata üzv ölkələr tərəfindən tanınmır.

Bütün bunlar onu göstərir ki, Hərəkat çərçivəsində ölkəmizə yaxın dəstək var, Azərbaycan əməkdaşlıq perspektivlərini genişləndirir, dövlətlərarası münasibətlər sistemində fəallıq üçün əlavə imkanlar qazanır.

Azərbaycanın bu dərəcədə geniş dəstək aldığı bir platformadan  imtina etməməlidir. Burada təmsilçiliyimiz ölkəmiz üçün çox əhəmiyyətlidir və Azərbaycanın imkanlarını hərtərəfli artırır”.

Elçin

Sfera.az
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR