Logo

Bütün dünyanı heyrətləndirən pandemiya siyasəti: Azərbaycan ən varlı ölkələrlə necə ayaqlaşdı?

Bütün dünyanı heyrətləndirən pandemiya siyasəti: Azərbaycan ən varlı ölkələrlə necə ayaqlaşdı?
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Ölkəmizdə baş verən sosial - iqtisadi inkişaf səhiyyə sahəsinə də öz təsirini göstərdi. Son 17 ildə Azərbaycanda müasir səhiyyə infrastrukturunun yaradılması da bunun əyani göstəricisi hesab olunur.

Prezident İlham Əliyevin Azərbaycan səhiyyəsinə göstərdiyi diqqət və qayğı, bu istiqamətdə aparılan uğurlu islahatlar, tibb müəssələri, təchizat və kadr hazırlığı, maddi-texniki bazanın təkmilləşdirilməsi, ölkə səhiyyəsinə verilmiş ən böyük töhvələrdən biri kimi dəyərləndirilir.

Bütün dünyanı öz ağuşuna alan koronavirus pandemiyasına qarşı uzun müddətdir ki, ölkəmizdə də, əsaslı tədbirlər həyata keçirilir. Hələ virusun yayılmağa başladığı ilk günlərdə Nazirlər Kabineti yanında Operativ Qərargahın fəaliyyətə başlaması, Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılması, karantin rejiminin tətbiqi məhz koronavirusla effektiv mübarizəyə xidmət etdi.

Qısa zamanda səhiyyə sisteminin effektiv fəaliyyətini təmin etmək üçün, ölkədə modul tipli xəstəxanalar quruldu.

Bundan başqa ölkədə 46 xəstəxana koronavirus xəstələrinə xidmət göstərmək üçün ayrıldı. 575 çarpayılıq "Yeni Klinika” fəaliyyətə başladı, Fövqəladə Hallar Nazirliyinin xətti ilə 800 çarpayılıq xəstəxana istifadəyə verildi.

Azərbaycan dövlətinin pandemiya ilə mübarizə sahəsində həyata keçirdiyi effektiv siyasət koronavirusla mübarizənin sözün əsl mənasında "Azərbaycan modeli”ni formalaşdırdı.

Beynəlxalq təşkilatlar, ekspertlər Azərbaycanda pandemiya ilə mübarizə sahəsində həyata keçirilən siyasəti və ölkəmizin bu məsələ ilə bağlı beynəlxalq miqyasda fəaliyyətini, irəli sürdüyü təşəbbüsləri təqdir etdi. Dövlətlər tərəfindən pandemiya ilə aparılan mübarizənin effektivliyi kontekstində dünyada aparılan rəy sorğularında Azərbaycan öncül yerləri tutur.

Ölkəmizin COVID-19 -a qarşı apardığı sərt mübarizə tədbirləri, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən də yüksək qiymətləndirildi. Azərbaycan bu mübarizədə nümunəvi ölkələr siyahısına daxil edildi.

Azərbaycanın bu sahədəki ən böyük uğuru isə, ölkədə vaksinasiya prosesini vaxtında həyata keçirməsi oldu. Azərbaycanın dünyanın azsaylı aparıcı ölkələri ilə eyni vaxtda vaksinasiyaya başlaması dövlətimizin gücü, nüfuzu və burada vətəndaşlara göstərilən diqqət, qayğı barədə çox söz deyir.

Hazırda vaksinlərlə bağlı dünyada xaos hökm sürür. Hələ də elə ölkələr var ki, bu prosesdən yararlanmaq şansını əldə edə bilməyib. Azərbaycan vətəndaşlarının isə ödənişsiz şəkildə peyvənddən yararlana bilmələri ölkə rəhbərinin öz vətəndaşına göstərdiyi diqqət və qayğısından xəbər verir.

Pandemiya dövründə görülmüş bütün tədbirlərin mərkəzində məhz Azərbaycan vətəndaşlarının sağlamlığı, əsas məslələrdən biri oldu. Artıq ölkəmizdə vaksinasiya prosesinin ikinci mərhələsinə də start verilib.

Ölkədə vaksinləşmənin  həyata keçirilməsi, müsbət dinamikadan xəbər verir. Bütün bunlar Azərbaycanın beynəlxalq aləmdə bir daha özünü təsdiq etməsinə şərait yaratdı.

Jalə Mehdi

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR