Müharibənin od-alovundan ən ali kürsüyədək... – Azərbaycan gəncliyi dövlətçilik konsepsiyasının mərkəzində
2 Fevral Azərbaycan Gəncliyinin günüdür. Hər bir dövlətin gələcəklə bağlı rifah proqramları məhz gənclik üzərinə hesablanır. Bu baxımdan aparıcı dövlətlər özlərinin gənclər siyasətinə böyük önəm verir, bu yöndə müxtəlif təsirli proqramlar həyata keçirirlər.
Ölkəmizdə də gənclərlə bağlı uğurlu dövlət siyasətinin tətbiqi danılmaz faktdır. Elə bunun nəticəsidir ki, Azərbaycan gəncliyi müxtəlif platformalarda öz sözünü deməyi bacarır, sağlam düşüncədə böyüyən gənclər ölkənin sosial, siyasi və ictimai həyatında mütərəqqi rol oynayır.
Gənclərin timsalında yüksək patrioizmin nümunəsini biz məhz 44 günlük Vətən müharibəsində məxsusi olaraq müşahidə etdik. İstər ön, istərsə də arxa cəbhədə Azərbaycan gəncliyi öz sözünü deyə bildi. Müharibənin od-alovu içərisində olan gənclər də, beynəlxalq arenada millətinin haqq sənini çatdırmağa çalışan gənclər də bir amal uğrunda birləşməyi bacardıqlarını sübuta yetirdilər.
Ali Baş Komandanın ətrafında sıx birləşən Azərbaycan gəncliyi həm düşmənə, həm də bütün dünyaya gücünü göstərdi. Həmin güc sayəsində də Azərbaycan xalqının 30 illik iztirabına, torpaq həsrətinə son qoyuldu. Bütövləşdik, tam olduq...
İctimai-siyasi sferadakı birliyimiz coğrafi bütövləşməyə, Azərbaycan torpaqlarının işğaldan azad edilməsinə səbəb oldu.
Bundan əlavə, biz Azərbaycanın gənc peşəkarlarının artıq tibbdə, elm və təhsildə, idmanda, hərbi sahədə, innovasiyalarda, müasir texnologiyalarda, dövlət idarəçiliyində və digər sahələrdə mühüm mövqeləri tutduğunun da şahidiyik. Xüsusilə ölkə başçısı İlham Əliyevin son illər apardığı köklü islahatlar nəticəsində hakimiyyətin müxtəlif strukturlarına gənclərin təyin edilməsi, əvvəl də qeyd etdiyimiz kimi uğurlu perspektivə hesablanmış addımlardan biridir.Yetişən gənc nəsil Heydər Əliyev məktəbi, İlham Əliyev idarəçiliyi ilə sıx bağlıdır, azərbaycançılıq məfkurəsi Azərbaycan gənclərinin ümumi düşüncə tərzidir. Biz bu məfkurənin reallığını dünyanın müxtəlif ölkələrində yaşayan və milli "mən" anlayışına sədaqətlə xidmət edib, azərbaycançılıq ideologiyasının təbliğatı ilə məşğul olan gəncliyimizdə müşahidə edə bilərik.
Vaxtı ilə "Füyuzat" jurnalında dərc olunmuş bir məqalədə deyilir: "Gənclik yeni nəsil deməkdir. Kökünə bağlı,əcdadının yolu ilə gedən,milli,mənəvi dəyərlərinə, sadiq,əyilməz, alnıaçıq, həm də dükənməz gücdür".
Hazırkı Azəzrbaycan gəncliyini təsvir edən bu cümlə ilə yekun olaraq əsas gücümüzü- Azərbaycan gəncliyini 2 Fevral münasibəti ilə təbrik edir, hər daim inkişafda olmağı arzu edirik!Sfera.az
Əzizə Zeynal





