Məşhur fotoqraf erməni vəhşiliyini ifşa etdi
Kateqoriya məlum deyil
Məşhur fotoqraf Reza Deqati ermənilərin Şuşada törətdiyi daha bir vəhşiliyi nümayiş etdirib.
Sfera.az xəbər verir ki, Deqati bu barədə "Twitter” hesabında paylaşım edib.
O bildirib ki, Xurşidbanu Natəvanın divar üzərindəki təsviri ermənilər tərəfindən dağıdılıb.
"1992-ci ildə Şuşada onun portretinin bu təsvirini şeiri ilə birlikdə gördüm. 28 illik işğaldan sonra dekabrda qayıtdım, rəsm və onun varlığının bütün fiziki sübutları məhv edilib. Şairlərdən qorxan kimlərdir?”, - deyə fotoqraf qeyd edib.






