"Su xəttlərinin təmirinə ayrılmış milyonlarla pullar sadəcə yeyilir" - Aslan İsmayılov
Sfera.az-ın xəbərinə görə, bunu hüquqşünas Aslan İsmayılov deyib.
A.İsmayılov qeyd edib ki, suyun qiymətinin artımının yalnız vətəndaşların suya ayırdığı büdcələrinə ziyan vuracağını düşünənlər də səhv edirlər: "Bunun daha ağır fəsadları olacaq. Bir çox imkansız ailələr məhz həyətyanı sahələri hesabına meyvə, tərəvəzə olan ehtiyaclarını ödəyirdilər. Su qiymətinin artımı onları meyvə, tərəvəz yetişdirib, ondan istifadə etmələrini də dayandıracaq. Bundan başqa, bir çox yerlərdə yaşıllıqlar məhz vətəndaşların öz su xəttləri hesabına sulandığını nəzərə alsaq yaşıllığa dəyən ziyanı da görməmək mümkün deyil. Dəqiq bilmirəm ki, hazırki su qiymətinin artımı büdcəyə neçə milyon gətirəcək, ancaq onun vurduğu ziyanın dəfələrlə çox olacağına şübhə etmirəm və əminəm ki, təkcə "Azərsu” ASC-nin israfçılığın qarşısını alması o məbləğlərdən çox olar. Mən hələ məmur-oliqarxların havayı istifadə etdikıləri suyun məbləğini, heç bir ehtiyac olmadan yüz milyonlara tikilən və tikiləcək ofis binaların dəyərini demirəm. Sonda bir daha hakimiyyətə müraciət edirəm ki, 44 günlük Vətən Müharibəsi zamanı da qazanc kimi istifadə edən harınların yox, həmin günləri Sizin yanınızda olan, bir tikə çörəyini də əsgər və zabitlərimizlə bölüşən kasıb təbəqənin yanında olun”.






