Logo

Bakı Zooparkı nə vaxt fəaliyyətə başlayacaq? – Direktordan açıqlama

Bakı Zooparkı nə vaxt fəaliyyətə başlayacaq? – Direktordan açıqlama
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bakı Zooloji Parkı 2019-cu il fevral ayının 2-sindən etibarən təmir-tikinti və yenidənqurma işləri ilə əlaqədar ziyarətçilərinin üzünə bağlanılıb.

Zooparkın nə zaman fəaliyyətə başlaması isə hər kəsi maraqlandırır. Buna aydınlıq gətirmək məqsədilə Bakı Zooloji Parkının direktoru Azər Hüseynovla əlaqə saxladıq.

Azər Hüseynov Sfera.az -a açıqlamasında Zooparkın fəaliyyətə başlaması ilə bağlı konkret vaxt deməyə çətinlik çəkdiyini bildirib:

"Hazırda zooparkda yekunlaşma işləri gedir. Akvaterrariumda əsaslı yenidənqurma işləri aparılır. Eyni zamanda qəfəslərin bərpası və elektrik qoruyucularının yenilənməsi həyata keçirilir. Fəaliyyətimizin nə zaman bərpa ediləcəyinə gəldikdə isə bununla bağlı mənə də konkret vaxt deməyiblər.

Hər şey tikinti işlərinin bitməsindən asılıdır. Bilirəm ki, hər kəs açılışı səbirslizliklə gözləyir. Onu deyə bilərəm ki, Bakı Zooloji Parkı qarşıdakı aylarda tam olaraq istifadəyə veriləcək”.

Jalə Mehdi

Sfera.az
 
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR