Logo

Modul tipli xəstəxanada uşaqlara xüsusi çarpayı ayrılıb? - FHN-dən AÇIQLAMA

Modul tipli xəstəxanada uşaqlara xüsusi çarpayı ayrılıb? - FHN-dən AÇIQLAMA
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Fövqəladə Hallar Nazirliyi son günlər Zığ qəsəbəsində yerləşən koronaviruslu (COVID-19) xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli hospitalında koronavirus infeksiyasına yoluxmuş uşaqlar üçün xüsusi çarpayıların yerləşdirilməsi barədə xəbərə münasibət bildirib.

FHN Mətbuat xidmətindən Sfera.az-a daxil olan açıqlamanı təqdim edirik:

"Son günlər bəzi sosial şəbəkə səhifələrində Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin Bakı şəhərinin Zığ qəsəbəsində yerləşən koronaviruslu (COVID-19) xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli hospitalında koronavirus infeksiyasına yoluxmuş uşaqlar üçün xüsusi çarpayıların yerləşdirilməsi barədə həqiqətə uyğun olmayan məlumatlar yayılır.

Fövqəladə Hallar Nazirliyi olaraq bu məlumatları qəti şəkildə təkzib edir və kütləvi informasiya vasitələri və sosial şəbəkə istifadəçilərinə bir daha müraciət edərək rəsmi olmayan, dəqiqləşdirilməmiş məlumatları yaymamağa çağırır, ictimaiyyətdən isə yalnız rəsmi məlumatlara etibar etməyi xahiş edirik”.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR