DİM tərəfindən bu gün verilən bütün QƏRARLAR - Hansı imtahan nə vaxt olacaq?
Sfera.az mətbuat konfransında açıqlanan bütün qərarları təqdim edir:
Magistratura səviyyəsinə qəbul imtahanı (1-ci şans) fevralın 28-də keçiriləcək.
11 illik orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları, əvvəlki illərin məzunlarının ali məktəblərə qəbul imtahanı (1-ci mərhələ) aprel ayı ərzində keçiriləcək.
Ali təhsil müəssisələrinə qəbul imtahanı (1-ci şans), rezidenturaya qəbul imtahanı (1-ci şans) may ayı ərzində keçiriləcək.
Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı, əvvəlki illərin məzunların üçün ümumi (9) illik təhsil səviyyəsindən kolleclərə qəbul imtahanı, magistratura səviyyəsinə qəbul imtahanı (2-ci şans), tədrisi Azərbaycan dilindən fərqli dildə aparılan ümumtəhsil məktəblərinin şagirdləri üçün Azərbaycan dili (dövlət dili) imtahanı (2-ci şans), dövlət qulluğuna qəbul imtahanının test mərhələsi iyun ayın ərzində olacaq.
Ali məktəblərə qəbul imtahanı (2-ci şans) iyul ayı ərzində olacaq.
Rezidenturaya qəbul imtahanı (1-ci mərhələ 2-ci şans) avqust ayı ərzində olacaq.
Sentyabr ayı ərzində buraxılış imtahanı (payız təkrar), dövlət qulluğuna qəbul imtahanının test mərhələsi, rezidenturaya qəbul imtahanı (2-ci mərhələ) keçiriləcək.
Ülvi
Sfera.az






