BNA sabahdan Bakıda yeni marşrut xəttlərini istifadəyə verir
Paytaxtın ictimai nəqliyyat sektorunda təhlükəsiz xidmət, eyni zamanda sərnişindaşımada kəmiyyətin artırılması baxımından qabaqcıl dünya praktikasından istifadə edilir.
BNA-dan Sfera.az-a daxil olan məlumata görə, xüsusilə şəhərətrafı ərazilərdə məksunlaşma nəzərə alınaraq sakinlərin marşrut tələbatının ödənilməsi məqsədilə Qaradağ rayonu ərazisində yerləşən "Puta” hərbi şəhərciyinin hərbçi sakinlərinin nəqliyyat xidmətindən daha rahat istifadəsi üçün 127 nömrəli yeni müntəzəm marşrut xətti təşkil edilib.
Müntəzəm xəttin istismarı "BakuBus” MMC tərəfindən həyata keçiriləcək. Bununla da "Puta” hərbi şəhərciyinin şəhər mərkəzi ilə birbaşa marşrut xətti ilə əlaqələndirilməsi təmin olunacaq.
Qeyd edək ki, paytaxtın Yusif Səfərov küçəsində yeni nizamlamalarından əhalinin razılıq etməsi, bu istiqamətdə sıxlığın azalması, vaxta, yanacağa qənaət, ötürücülüyün artması və s BNA-nın işinin günün tələbləri səviyyəsində qurmasının göstəricisi sayıla bilər.
Xatırladaq ki, marşrut xətti üzrə gediş haqqının ödənişi nağdsız qaydada "BakıKart” vasitəsilə həyata keçiriləcək.
Marşrut xətti 27.01.2021-ci il tarixdən fəaliyyətə başlayacaq.





