Logo

Azərbaycanın ən çox və ən az kredit alan RAYONLARI

Azərbaycanın ən çox və ən az kredit alan RAYONLARI
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Azərbaycanda verilən kreditlərin 80 faizi Bakıda ayrılıb. Sfera.az Mərkəzi Bankın 2021-ci ilin yanvarın 1-nə olan məlumatına əsasən bildirir ki, kredit təşkilatları ümumilikdə 14,15 milyard manat kredit verib. Verilən kreditlərin 11,33 milyard manatı Bakının payına düşür. Bakıda kreditlərin orta faiz dərəcəsi 9,28 faiz olub.

Regionlar üzrə götürdükdə Bakıdan sonra ən çox kredit Aran iqtisadi rayonunda (722 milyon manat), Gəncə-Qazax iqtisadi rayonunda (623 milyon manat), Abşeron iqtisadi rayonunda (457 milyon manat) verilib. Ən az kredit isə Yuxarı Qarabağ iqtisadi rayonunda (57,1 milyon manat) ayrılıb.

Regionlar arasında ən aşağı kredit faizi Bakıda, Naxçıvanda (14,47 faiz), Abşeronda (15,57 faiz) ayrılıb. Ən yüksək kredit faizi isə Yuxarı Qarabağ (24 faiz), Dağlıq Şirvan iqtisadi rayonu (22 faiz) təşkil edib.
 

Vasif

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR