Logo

Dəniz quldurları Türkiyə gəmisini ələ keçirdi - Azərbaycanlı öldürüldü

Dəniz quldurları Türkiyə gəmisini ələ keçirdi - Azərbaycanlı öldürüldü
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Qvineya körfəzində Türkiyəyə məxsus "Mozart” konteyner gəmisi nigeriyalı dəniz quldurları tərəfindən ələ keçirilib.

Sfera.az xəbər verir ki, gəmiyə daxil olan quldurlar 2-ci mühəndis Fərman İsmayılovu qətlə yetirib, 15 nəfəri isə qaçırıb. 4-cü mühəndis Furkan Yaren, baş mühəndis Süha Tatlıgül və 1 nəfər neftçi isə "Mozart”da buraxılıb. Yaren piratların naviqasiya cihazlarını sökdüyünü və kor-koranə şəkildə gəmini sürdüyünü bildirib.

Gəmiyə basqınla əlaqədar lazımi qurumlara məlumat verilib. Dəniz quldurlarının sövdələşmə üçün gözlədikləri deyilir.

Qeyd edək ki, konteyner gəmisi Cənubi Afrika Respublikasına doğru üzüb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR