Logo

Azərbaycanda bu kanalların efiri dayandırıldı - SİYAHI

Azərbaycanda bu kanalların efiri dayandırıldı - SİYAHI
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Milli Televiziya və Radio Şurası teleradio yayımçılarının mütəmadi monitorinqlərinin aparılması nəticəsində qanun pozuntusuna yol vermiş yayımçılar barəsində tətbiq edilən müvafiq sanksiya tədbirlərini açıqlayıb.

Şuradan Sfera.az-a verilən məlumata görə, Şuranın 20 aprel 2020-ci il tarixli 4/1 saylı Qərarın əsasən ARB televiziya kanalının efiri 6 saatlıq, 6 may 2020-ci il tarixli 5/1 və 5/2 saylı Qərarlarına uyğun olaraq ATV və LİDER televiziya kanallarının efiri 1 saatlıq, 8 may 2020-ci il tarixli 6/1 saylı Qərarına əsasən SPACE televiziya kanalının efiri 1 saatlıq, 13 may 2020-ci il tarixli 7/2 və 7/3 saylı Qərarlarına uyğun olaraq XƏZƏR və ARB televiziya kanallarının efiri 1 saatlıq, 20 may 2020-ci il tarixli 8/1 saylı Qərarına əsasən SPACE televiziya kanalının efiri 3 saatlıq, 04 avqust 2020-ci il tarixli 9/1 saylı Qərarına əsasən SPACE televiziya kanalının efiri 3 saatlıq, 14 avqust 2020-ci il tarixli 11/1 və 11/2 saylı XƏZƏR və ARB televiziya kanallarının efiri 3 saatlıq, 17 avqust 2020-ci il tarixli 12/1 və 12/2 saylı ATV və LİDER televiziya kanallarının efiri 3 saatlıq müddətə dayandırılmışdır.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR