Logo

Eskpert: “Azad olunan ərazilərə xarici investisiyanın cəlb edilməsində AİŞ-in imkanlarından istifadə olunmalıdır”

Eskpert: “Azad olunan ərazilərə xarici investisiyanın cəlb edilməsində AİŞ-in imkanlarından istifadə olunmalıdır”
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Qeyri-neft sektoru üzrə böyük investisiya layihələrinin həyata keçirilməsində, sektorun inkişaf etdirilməsində Azərbaycan İnvestisiya Şirkətinin (AİŞ) mühüm rolu var. 2006-cı ildə təsis edilən və İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən şirkət indiyə qədər bir çox biznes layihələrinin reallaşmasında, yaxud genişləndirilməsində mühüm tərəfdar kimi çıxış edib.

Sfera.azxatırladır ki, AİŞ-in fəaliyyəti 2015-ci ildən yeni məzmun alıb və o, sənaye məhəllələrinin yaradılması və təşkilində də aktiv rol oynayır. Qurumun qeyri-neft sektoruna investisiya qoyuluşunda rolunu dəyərləndirən İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin rəhbəri, iqtisadçı-ekspert Ruslan Atakişiyev hesab edir ki, xarici investisiyaların cəlb edilməsində, xüsusən də investisiya qoyuluşuna böyük ehtiyac duyulan sahələrə sərmayənin cəlb olunmasında AİŞ-in fəaliyyəti səmərəlidir. R.Atakişiyev qeyd etdi ki, AİŞ bu məqsədlə xarici şirkətlərlə, maliyyə qurumları ilə əməkdaşlıq edir:

"AİŞ-in investisiya siyasəti elə qurulub ki, o, heç bir layihədə əsas payçıya çevrilmir. Şirkət səhmlərin bir hissəsini almaqla müddətli investisiya qoyuluşunu həyata keçirir. Qurum yaradılanda onun 90 milyon manata yaxın nizamnamə kapitalı var idi. Hazırda nizamnamə kapitalı 250 milyon manata yüksəlib.

AİŞ ilə birgə investisiya xarici və yerli investorlar üçün bəzi üstünlüklər yaradır.

Yerli iqtisadiyyat üzrə dərin biliklərinin olması, müxtəlif miqyasli investisiya lahiyələri üzrə əldə olunan təcrübə, qanunvericilik üzrə dərin biliklər, investisiyanin qiymətləndirilməsi zamani birgə "dyu-dilicens" və ilkin xərclərin bölgüsünün aparılması, nüfuzlu beynəlxalq maliyyə institutlari sirasindan əlavə investorlarin cəlb olunmasi imkanı, dövlət və özəl sektorlarında geniş əlaqələr və s. AİŞ-in iştirak etdiyi layihələrə marağı artırır.

Bir qayda olaraq AİŞ səmərəli və effektiv layihələrə investisiya qoyur. İnvestisiya mövcud şirkətlərə və ya yeni şirkətlərin təsis edilməsinə yönəldilə bilər. Şirkət investisiya edən zaman istehsal olunacaq məhsulların rəqabətədavamlığını və əsasən ixracyönümlü və ya idxal əvəzləndirici olmasına diqqət ayırır. Bundan başqa şirkət mühasibatlığın və maliyyə hesabatlarının beynəlxalq standartlara uyğun aparılması, maliyyə hesabatlarının müstəqil auditor tərəfindən yoxlanılması, korporativ idarəetmə prinsiplərinin tətbiq edilməsi və investorların hüquqlarının qorunması kimi prinsipləri də rəhbər tutur”.

R.Atakişiyev söylədi ki, AİŞ dövlət investisiya fondu kimi Azərbaycan bazarına daxil olmaq istəyənlər üçün ən yaxşı investisiya ortağı ola bilər. Ekspert şirkətin investisiyalarının 85 faizinin sənaye, 10 faizinin kənd təsərrüfatı, 5 faizinin müştərək fondlara yönəldildiyini qeyd etdi.

R.Atakişiyev düşünür ki, şirkətin fəaliyyət istiqamətləri və coğrafiyası genişləndirilməlidir:

"Şirkət sənaye məhəllələri yaradılması və fəaliyyətinin təşkilində də mühüm rol alır. AİŞ indiyə qədər 4 sənaye məhəlləsini yaradıb. Hesab edirəm ki, şirkət işğaldan azad olunan ərazilərdə xarici investisiyanın cəlb edilməsində aktiv rol almalıdır. Çünki şirkətin bu sahədə böyük təcrübəsi var. Həmin ərazilərdə xüsusi iqtisadi zonaların yaradılmasında, ora xarici investisiyaların cəlb edilməsində, digər biznes layihələrinin həyata keçirilməsində AİŞ-in imkanlarından istifadə olunmalıdır”.

Vasif

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR