Logo

Umayra Tağıyeva: Yaxın zamanda azad edilmiş rayonlarda...

Umayra Tağıyeva: Yaxın zamanda azad edilmiş rayonlarda...
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
İşğal altında olan ərazilərdə su ehtiyatları ilə bağlı vəziyyəti, həmçinin ətraf mühitə dəyən ziyanı qiymətləndimək üçün xüsusi komissiya yaradılıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndələri işğaldan azad olan regionlarda qiymətləndirmə işlərini davam etdirirlər. Nəticələr təhlil olunandan sonra ictimaiyyətə açıqlanacaq.

Sfera.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Feysbuk səhifəsində yayımlanan "Ekspert saatı”nda Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva deyib.

O, həmçinin qeyd edib:

"İşğaldan azad olunmuş rayonlarda hidrometeoroloji şəbəkəni tez bir zamanda bərpa etmək arzumuzdur. Nazirlik bu istiqamətdə bütün lazımi addımları atacaq. Qarabağ bölgəsində 1990-cı ilə qədər 10 hidrometeoroloji, 3 radiometeoroloji stansiya, 15 hidroloji, 2 aqrometeoroloji və atmosfer proseslərinə fəal təsir göstərən 16 məntəqə fəaliyyət göstərirdi. Ümid edirik ki, yaxın zamanlarda onların fəaliyyəti bərpa olunacaq”.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR