Logo

Konqresə hücum – ABŞ demokratiyası imtahandan “kəsildi”?

Konqresə hücum – ABŞ demokratiyası imtahandan “kəsildi”?
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Ötən gün ABŞ-da noyabrın 3-də keçirilən prezident seçkisinin nəticələri müzakirə olunan zaman Konqresin binasına hücum olub. Etirazçılar prezident Donald Trampı dəstəklədiklərini və prezident seçkisinin nəticələrinə etiraz etdiklərini bildiriblər. Yanvarın 6-da baş verən aksiya nəticəsində 4 etirazçı ölüb, 14 polis əməkdaşı yaralanıb, 52 nəfər isə tutulub.

Sfera.az ABŞ-da baş vermiş iğtişaşlar və onu doğuran səbəblər haqda mülahizələrini təqdim edir.

Konqresə hücum – ABŞ demokratiyası imtahandan “kəsildi”?

- İstər sabiq prezident B.Obamanın, istərsə də D.Trampın dövründə ABŞ-da mövcud durum demokratiyadan geri çəkilmə, insan hüquqlarının kobud şəkildə pozulmasının tendensiyaya çevrilməsi, polis qəddarlığı və s. kimi xarakterizə olundu.

- Qaradərili əhaliyə qarşı sərt davranış, onların polislər tərəfindən qətlə yetirilməsi və bununla əlaqədar geniş sosial etirazlar, insanların öz hüquqlarını müdafiə etmək və sərbəst şəkildə fikirlərini çatdırçmaq hüququnun qarşısının sərt şəkildə alınması, etirazçılara qarşı şiddət tətbiqinin geniş miqyas alması antidemokratiyanın nümunələri kimi səciyyələndirilir.

- 2015-ci ildə keçirilmiş prezident seçkilərinin nəticələrinin şübhə altına alınması, kənar müdaxilələr haqqında iddiaların gündəmə çevrilməsi Amerikada seçkilərin demokratikliyini şübhə altına aldı.

- Hazırda ABŞ-da keçirilmiş son seçkilərin saxtalaşdırılması ilə bağlı D.Tarmpın və tərəfdarlarının iddiaları, hətta ölkə başçısı tərəfindən keçirilmiş seçkilərin üçüncü ölkələrin səviyyəsindən də aşağı olması barədə irəli sürdüyü fikir ekspertlər tərəfinədən Amerika demokratiyasının artıq iflas həddində çatması kimi səciyyələndirilir.

- Bu günlərdə Amerika Konqresində baş verən hadisələr isə təkcə demokratiyanın böhranı kimi yox, həm də supergüc dövlətin əsaslarını sarsıdan hadisə kimi qiymətləndirilir. Təsadüfi deyil ki, dünya mediası ABŞ-la qeyri-stabil sisyai sistemə malik ölkələr arasında paralellər aparır.

- Hadisələr zamanı etirazçılara qarşı şiddət tətbiq olunub, hüquq mühafizə orqanları kifayət qədər qəddar davranıblar, nəticədə 4 nəfərin həlak olması barədə xəbərlər var.

Konqresə hücum – ABŞ demokratiyası imtahandan “kəsildi”?

1. ABŞ-da baş verən hadisələrin işıqlandırılması, xəbər formasında verilməsi, şərh olunması

2. Baş verən hadisələrin anti-demokratiya tendensiyasının inkişafı kimi xarakterizə olunması

3. ABŞ polisinin qəddar davranışının nümayiş etdirilməsi və onun ötən il iyulun 14-də parlamentdə baş verən hadisə zamanı Azərbaycan polisinin davranışı ilə müqayisəsi. Azərbaycan polisi dözümlü, etika çərçivəsində davranışı və ABŞ polisinin sərt metodlardan istifadəsi arasında müqayisə aparılması.

4. ABŞ-da baş verənlərlə bağlı xarici ekspertlərin, ATƏT-in, ayrı-ayrı ölkələrin rəsmi şəxslərinin narahatlıq və iradlarının şərh olunması.

Orxan

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR