Logo

Ramin Bayramlı yeni şöbə müdiri təyin etdi

Ramin Bayramlı yeni şöbə müdiri təyin etdi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyində (TƏBİB) yeni kadr təyinatı olub.

Sfera.az xəbər verir ki, bununla bağlı TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Sərraf Hüseynov TƏBİB-in Kargüzarlıq və Arxiv şöbəsinin müdiri vəzifəsinə təyin olunub.

Qeyd edək ki, Sərraf Balaxan oğlu Hüseynov 1986-cı ildə anadan olub. S.Hüseynov daha əvvəl Azərbaycan Dillər Universitetində rektorun ictimai məsələlər üzrə müşaviri və tərbiyə işləri üzrə prorektor olub.

O həmçinin Azərbaycan Dillər Universitetində, Qərbi Kaspi Universitetində və Təhsil Nazirliyinin teledərs layihəsində müəllimdir.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR