Logo

Əhaliyə bu ərazilərlə bağlı XƏBƏRDARLIQ – Naməlum və şübhəli...

Əhaliyə bu ərazilərlə bağlı XƏBƏRDARLIQ – Naməlum və şübhəli...
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) və Daxili İşlər Nazirliyi ölkə əhalisinə videoçarx hazırlayaraq xəbərdarlıq edib.

ANAMA-dan Sfera.az-averilən məlumata görə, müraciətdə sakinlərə naməlum və şübhəli əşyalara toxunmamaları, xüsusilə uşaqları tanımadıqları əşyalara əl vurmamaları və dərhal aidiyyəti üzrə 102 Xidməti - Zəng Mərkəzinə məlumat vermələri bildirilib. Həmçinin vurğulanıb ki, işğaldan azad edilmiş və müharibə zamanı düşmən atəşinə məruz qalmış ərazilərin minalarla, partlamamış hərbi sursatla, tərkibində partlayıcı olan qurğularla və müharibənin partlayıcı qalıqları ilə çirkləndiyi nəzərə alınaraq, təhlükəsiz səfər imkanlarının yaradılacağı müddətə qədər vətəndaşların bu ərazilərə daxil olmaları müvəqqəti olaraq qəti şəkildə qadağandır. Vətəndaşların bu ərazilərə səfər etməkdən çəkinmələri artıq dərəcədə xahiş olunur.

Videoçarxı təqdim edirik:

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR