Təcili istifadə üçün olan peyvəndin adını açıqladı
Kateqoriya məlum deyil
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) "Pfizer"/"BioNTech” peyvəndini koronavirusdan təcili istifadə üçün tövsiyə edilən vaksinlərin siyahısına daxil edib.
Sfera.az bu barədə RİA Novosti”yə istinadən xəbər verir.
"Bu gün (cümə axşamı-red) ÜST təcili istifadə üçün siyahıya "Pfizer"/"BioNTech" istehsalı olan COVID-19 vaksinini daxil edib", - açıqlamada bildirilir.
Qeyd edilir ki, vaksinin siyahıya daxil edilməsi UNİCEF və Panamerikanın Səhiyyə Təşkilatının bu dərmanı ehtiyacı olan ölkələrdə paylanılması üçün satın almasına imkan verəcək.






