Logo

Dekabrın 21-də səmada nadir fenomen baş verəcək - 800 il sonra ilk dəfə

Dekabrın 21-də səmada nadir fenomen baş verəcək - 800 il sonra ilk dəfə
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Dekabrın 21-də Günəş sisteminin iki böyük planeti olan Yupiter və Saturnun yaxınlaşması gözlənilir.

Sfera.az xarici mətbuata istinadən xəbər verir ki, Saturn və Yupiter hər 20 ildə bir dəfə ekliptikdə bir-birlərinə yaxınlaşırlar, lakin bu cür yaxın qarşılaşmalar olduqca nadir hallarda olur. Səmadakı bu nadir fenomen son dəfə təxminən 800 il əvvəl - 4 mart 1226-cı ildə baş verib.

Aimlər qeyd ediblər ki, Yupiter və Saturn 2020-ci ilin yayından bir-birlərinə doğru irəliləməyə başlayıblar. 16-25 dekabr tarixlərində bu iki nəhəng arasındakı görünən boşluq bütöv Ayın bir diametrindən az olacaq.

Planetlərin paradı 21 dekabrda günəş batdıqdan sonra səmanın cənub-qərb hissəsində müşahidə olunacaq.

Planetlərin yaxınlaşması dünyanın hər yerindən görünür, ancaq ekvator sakinləri bu nadir hadisəni daha yaxşı izləmək şansına sahib olacaqlar. Bənzər nadir hadisə növbəti dəfə 2400-cü ildə təkrarlanacaq.

Aysel

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR