Logo

Koronavirusa yoluxmuş Xalq artisti ağırlaşdı – Yaxınlarından MÜRACİƏT

Koronavirusa yoluxmuş Xalq artisti ağırlaşdı – Yaxınlarından MÜRACİƏT
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Xəbər verdiyimiz kimi, Xalq artisti Sabir Əliyev koronavirus infeksiyasına yoluxub.

Xalq artistinin səhhəti bu günlərdə daha da ağırlaşdığından onu Kürdəxanı qəsəbəsində yerləşən xəstəxanalardan birinə yerləşdiriblər.

Xanəndənin son vəziyyəti ilə bağlı yaxın qohumu və dostu Anar Əliyev Sfera.az-a açıqlama verib.

"Hazırda Sabir müəllimin səhhətində heç bir irəliləyiş yoxdur. Vəziyyəti ağır stabil olaraq qalır. Buna görə həkimləri ittiham etmirik, onlar əllərindən gələni edirlər. Sadəcə aidiyatı qurumlardan istəyimiz odur ki, Sabir müəllimi daha müasir avadanlığı olan xəstəxanaya yerləşdirsinlər. Ümid edirik ki, bu çağırışımıza səs verərlər " - deyə A.Əliyev bildirib.

Qeyd edək ki, ötən gün Sabir Əliyevin yaxınları müalicənin düzgün aparılmadığından həkimləri ittiham edərək, xanəndənin səhhətinin pisləşdiyini bildirmişdilər.

Jalə Mehdi

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR