Logo

Putin: "Şərait yaranan kimi Rusiya sülhməramlıları çıxarılacaq"

Putin: "Şərait yaranan kimi Rusiya sülhməramlıları çıxarılacaq"
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
"Qırğızıstanda baş verənlər ilk deyil. Bu bu günün nəticəsi deyil, bu, öz yolunu axtarmağın nəticəsidir”.

Sfera.az-ın verdiyi məlumata görə, bunu illik mətbuat konfransında Rusiya Prezidenti Vladimir Putin MDB məkanında baş verən hadisələr fonunda ölkəsinin Birlik ölkələrindən kimisə itirməkdən qorxurmu sualına cavabında deyib.

"O ki, qaldı Moldovaya, biz Dnestryanıdan Rusiya sülhməramlıları qüvvələrini çıxarmağın tərəfdarıyıq. Bunun üçün şəraitin yaranmasını gözləyirik. Şərait yaranan kimi bu addım atılacaq. Biz keçmiş prezident Voroninlə bu barədə anlaşmışdıq. Lakin bu, baş vermədi. İndi prezident Maya Sandu deyir ki, Rusiya sülhməramlıları Dnestryanıdan çıxarılmalıdır. Sandu Rumıniya vətəndaşıdır. Qərb ölkələri də Rusiya sülhməramlılarının Dnestryanıdan çıxarılmalı olduğunu deyirlər”, - deyə Rusiya Prezidenti qeyd edib.

Belarusdakı hadisələrdən də danışan Putin bu ölkədə baş verənlərə xaricdən dəstək olduğunu xatırladıb. /APA

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR