Logo

Aqrar məhsulların ixrac bazarı şaxələnməlidir - ŞƏRH

Aqrar məhsulların ixrac bazarı şaxələnməlidir - ŞƏRH
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Azərbaycan qarşısında dayanan həlli vacib məsələlərdən biri də ixracın şaxələndirilməsidir. Ölkəmizdə hər il kənd təsərrüfatı məhsullarının istehsalında artım müşahidə edilir. İstehsalın artması Azərbaycanın kənd təsərrüfatı məhsullarına olan tələbatı ödəməklə bərabər ixrac potensialını da gücləndirir.

Daha çox ixrac ölkəmizdə kənd təsərrüfatı məhsullarının istehsalının artırılmasını dəstəkləyən əsas amillərdən biri kimi çıxış edir. Buna görə də yerli istehsalın qorunması üçün ixracın müəyyən səviyyədə qalmasını təmin etmək və hətta onu bir qədər də artırmaq vacibdir.

Sfera.az bildirir ki, ixracı artırmaq onu bazarlar üzrə şaxələndirməkdən asılıdır.

Hazırda Azərbaycanın kənd təsərrüfatı məhsullarının əsas alıcısı Rusiyadır. 2020-ci ilin yanvar-noyabr aylarına aid olan məlumata əsasən ölkəmizdən 681 milyon dollar dəyərində kənd təsərrüfatı məhsulu ixrac edilib. 2019-cu ilin eyni dövründə ixrac 678,9 milyon dollar olmuşdu. Əsas ixrac məhsulu meyvə və tərəvəz olub. İlk 11 ayda 563,2 milyon dollarlıq meyvə və tərəvəz satılıb.

2020-ci ilin genişləndirilmiş son məlumatı yanvar-oktyabr dövrünədir. Bu dövrdə ölkəmiz 467 milyon dollarlıq meyvə-tərəvəz satıb. İxrac edilən meyvə-tərəvəzin 411 milyon dolları, yəni 88 faizi Rusiyaya satılıb. Tərəvəzin idxalında Rusiyanın payı 97 faizə, çeyvə idxalında 67 faizə çatır. Rusiyadan başqa İtaliya, Almaniya, Ukrayna meyvə idxal edib. İtaliya, Almaniya və Ukrayna Azərbaycandan əsasən qabığı təmizlənən meyvə alıb.

Digər mühüm kənd təsərrüfatı məhsulu pambıqdır. 2020-ci ildə 113 milyon dollar dəyərində pambıq ixrac edilib. Bu məhsulun əsas alıcısı Türkiyədir (87 milyon dollar).

Statistik məlumatlar göstərir ki, Azərbaycanın ixrac etdi kənd təsərrüfatı məhsullarının əsas alıcısı Rusiya olub. Rusiya 2020-ci ilin 10 ayında 400 milyon dollardan artıq məhsul alıb. Bu fakt kənd təsərrüfatı məhsullarının şaxələndirilməsini və başqa böyük bazarlar tapılmasını tələb edir.

Bəs, bunun üçün nə etmək lazımdır?

Bütün normal ölkələrin qida məhsulları ilə bağlı standartları var. Həmin ölkələr bu standartlara cavab verməyən məhsulu öz ölkəsinə buraxmır. Azərbaycan məhsullarını həmin standartlara uyğun istehsal etməlidir. Əgər bu standartlara cavab verən məhsullar istehsal edilməsə, digər ölkələrə ixracı artıra bilmərik.

Rusiya setifikatlaşma məsələsinə xüsusi fikir vermir. Azərbaycan istehsalçısına Rusiya bazarı həm yaxın olduğu üçün, həm də neçə illər bir yerdə olduğumuza görə şimal bazarına məhsul çıxartmaq asandır. Rusiyada Azərbaycan məhsullarını tanıyırlar və bilirlər ki, hansı kənd təsərrüfatı məhsulu yaxşıdır.

Avropada isə tələblər daha güclüdür. Burada sertifikatlaşma ilə bağlı tələblər var. Avropada məhsulun yetişdirilməsi zamanı dərmanlama qaydalarına nə dərəcədə əməl edilib, torpağın gübrələnməsi və s. məsələlərlə bağlı aryışlar tələb olunur. Onlar torpağın və suyun analizinin müstəqil şirkətlər tərəfindən aparılmasını, arayış alınmasını istəyirlər. Bu cür analizlərin aparılması baha başa gəlir, çünki analizlər Azərbaycanda deyil Avropada verilməlidir. Bu tələblərə Azərbaycan fermeri uyğunlaşa bilmir.

Fermerlərimiz tələblərə uyğunlaşsa, Avropaya ixracda problem olmayacaq. Çünki Azərbaycanın istehsal etdiyi kənd təsərrüfatı məhsulları ekoloji cəhətdən təmiz, geni dəyişdirilməyən məhsullar olduğundan alıcı tapmaqda çətinlik yaratmaz. Buna görə də yeni bazarların tapılmasında uğurlu xarici təcrübənin öyrənilməsi vacibdir. Bilmək lazımdır ki, digər ölkələr kənd təsərrüfatı məhsullarının ixracını necə artırır, hansı islahatları həyata keçiriblər və s.

İxracın şaxələnməsi üçün digər bazarların kənd təsərrüfatı məhsullarına olan tələbatı öyrənilməlidir. Məsələn, pomidor istehsalını dəfələrlə artırmaq olar, amma onu ixrac edəcəyin bazar olmadan bunu etmək düzgün deyil. Deməli, ixracı artırmaq üçün ilk növbədə xarici ölkələrin hansı kənd təsərrüfatı mallarına tələbatının olduğu müəyyənləşdirilməli, sonra həmin məhsulların istehsalı həyata keçirilməlidir. Bu şətlərə əməl etməklə biz Rusiyadan kənar bazarlara da böyük həcmdə kənd təsərrüfatı məhsulu çıxarda bilərik.

Vasif CƏFƏROV

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR