Erməni separatizmi İspaniya mətbuatında – Ekoloji terror, vandalizm...
İspaniyanın tanınmış Madrid (//www.madridcode.com/?p=18208) və Málaga (www.malagareporter.com) jurnallarında erməni separatizminə qarşı yeni məqalələr dərc olunub.
Sfera.az xəbər verir ki, Azərbaycan - İberoamerika Düşüncə Mərkəzinin sədri Mahir Qurbanovun İspaniyada dərc olunan məqalələrində, ermənilərin Azərbaycan ərazisində törətdiyi ekoloji terror, vandalizm və vəhşiliklər haqqında bəhs olunur.
Sözügedən məqalələrdə Azərbaycanın multikultural dövlət olduğu və müxtəlif etnik qrupların ölkəmizdə qədim dövrlərdən sülh və firavanlıq içərisində yaşadığı, eyni zamanda erməni işğalı nəticəsində xeyli sayda insanın məcburi köçkün və qaçqın olması, o cümlədən ermənilərin Şuşada, Kəlbəcərdə, Füzulidə və digər işğaldan azad olunmuş ərazilərimizdə ekoloji, mədəni cinayətlər törədib, mənəvi və maddi ziyan vuraraq məscid, kilsə və digər abidələrimizə çoxlu sayda xələl yetirdikləri qeyd olunub.

Mövcud məsələni diqqətə çatdırmaq məqsədilə, Azərbaycan -İberoamerika Düşüncə Mərkəzinin sədri Mahir Qurbanov Venesuela Bolivar Respublikasının Səlahiyyətli və Fövqəladə səfiri Kristofer A. Martínez Berroteran ilə görüşüb.
Görüşdə həmçinin ikitərəfli əməkdaşlığın prinsipləri və gələcək idealar ətrafında keçiriləcək layihələr, o cümlədən iki dovlətin düşüncə mərkəzləri arasında yaranacaq sistemli iş barəsində də söhbət açılıb.
Görüşdə ölkələrimizin arasında da əlaqələrin hazırki səviyyəsindən razılıq ifadə olunub.
Səfir Kristofer A.Martínez ölkələrimiz arasında münasibətlərin bütün sahələr üzrə daha da inkişafına, o cümlədən düşüncə mərkəzlərinin arasında əlaqələrin daha da genişlənməsinə töhfə verəcək deyə qeyd edib.
Səmimi görüşə görə minnətdarlığını bildirən səfir, Azərbaycanda özünü çox xoşbəxt hiss etdiyini bildirib. O deyib ki, ölkəmizdə şahidi olduğu qonaqpərvərlik və xoş münasibət xalqlarımız arasında yaxınlığın və səmimi münasibətlərin göstəricisidir.






