“Oğlum vurulan anda evdə ürəyim getmişdi” - VİDEO
Dalınca baxdım, mindim maşına, sonra fırlanıb yenidən ardınca baxdım. Yoldaşım idi, bir də yoldaşımın dostu. Dedim ki, uşaq elə baxdı ki... Dilimə gətirə bilmədim ki, son dəfə görüşürük”.
Sfera.az xəbər verir ki, bu sözləri "Zirə” futbol klubunun şəhid futbolçusu İlqar Bürcəliyevin anası İdman TV-nin onun oğlu haqda hazırladıqları "Bayraqdar” adlı sənədli filmində deyib.
"27-si atası ilə danışanda əlimi uzatdım telefona ki, ver mən də danışım. O, otboy elədi, danışa bilmədim. Mesajlaşdıq. Papasını axtarırdı. O vaxt da set tutmurdu. Dedi ki, papa haradadır, mesaj çatmır ona. Dedim ki, deyərəm, yığar. Dedi ki, tez məni yığsın. Mən bilmirdim ki, onları aparırlar.
Uşaq 27-si şəhid olub, biz xəbəri 28-i bilmişik. 28-i yoldaşıma xəbər veriləndə mən küçədə yıxılmışam. Yoldaşıma zəng gəlib ki, burada bir xanım yıxılıb, gəlin. Yoldaşım gələndə gördüm ki, sifəti o sifət deyil. Uşaq vurulan momentdə isə evdə durduğum yerdə ürəyim getmişdi”, - deyə anası əlavə edib.(Qafqazinfo)






