Logo

“Dünya son 80 ilin ən güclü iqtisadi tənəzzülü ilə üzləşəcək” - Quterreş

“Dünya son 80 ilin ən güclü iqtisadi tənəzzülü ilə üzləşəcək” - Quterreş
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Pandemiya səbəbilə dünya son 80 ilin ən güclü iqtisadi tənəzzülü ilə üzləşə bilər".

Sfera.az xarici KİV-ə istinadən bildirir ki, bunu BMT-nin Baş katibi Antonio Quterreş deyib.

Quterreş planetin ortaq problemi olan koronavirusa qarşı dünya ölkələrinin birgə mübarizə göstərməməsini tənqid edib.

"Pandemiyanın sosial və iqtisadi nəticələri böyükdür və onlar artmağa davam edirlər. Heç bir peyvənd artıq vurulan zərərləri düzəldə bilməz. Biz son 80 il ərzindəki ən böyük qlobal tənəzzüllə üz-üzəyik. Yoxsulluq artır, aclıq təhlükəsi yaxınlaşır. Dünya ümumi düşmənlə qarşı-qarşıyadır, pandemiya daha öncəkilərdən fərqli bir böhrandır. Təəssüf ki, hökumətlər bu qlobal təhlükəyə kollektiv şəkildə cavab vermədilər ”, - deyə o bildirib.

Quterreş təəssüf hissi ilə qeyd edib ki, ölkələr, bölgələr və hətta şəhərlər öz aralarında əsas  qida və təchizat məhsulları üçün yarış halına giriblər.

Aysel

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR