Ərdoğan: “Putin Bakının platforma yaratmaq ideyasını dəstəkləyib”
Kateqoriya məlum deyil
Türkiyənin dövlət
başçısı Rəcəb Tayyib Ərdoğan bəyan edib ki, Rusiya lideri Bakının regional təhlükəsizliyi
təmin edəcək platformanın yaradılması təklifini dəstəkləyib.
Sfera.azxəbər verir ki, Ərdoğan Azərbaycandan geri dönərkən, təyyarəsində jurnalistlərə verdiyi müsahibəsində bu fikri səsləndirib. Qeyd edək ki, təklif edilən platformada Rusiyanın, Türkiyənin, Azərbaycanın, İranın, Gürcüstanın və Ermənistanın iştirakı nəzərdə tutulub.
"Cənab Putin bu təşəbbüsə müsbət yanaşır. Telefonla danışığımız zamanı o, mənim də fikrimi öyrənmək istədi. Mən ona cavab verdim ki, Azərbaycan Prezidenti İlham Əliyev bu məsələyə müsbət yanaşdıqdan sonra, təbii ki, mən də müsbət yanaşmalıyam. Bu mövzuda hətta Gürcüstan da gündəmə çıxıb”, -deyə Türkiyə Prezidenti "Habertürk” telekanalına müsahibəsində bildirib.
Selcan
Sfera.az






