Logo

Xarici şirkətləri işğaldan azad edilmiş ərazilərin bərpasına necə cəlb etməli? - Təkliflər

Xarici şirkətləri işğaldan azad edilmiş ərazilərin bərpasına necə cəlb etməli? - Təkliflər
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Azərbaycan hökuməti işğaldan azad edilən ərazilərdə bərpa-yenidənqurma işlərində yerli şirkətlərlə bərabər xarici şirkətləri də cəlb edəcək. Açıqlanan məlumatlara əsasən artıq Türkiyə şirkətləri ilə müəyyən razılaşmalar əldə edilib. Bu prosesə İtaliya şirkətlərinin də cəlb edilməsi nəzərdə tutulur və italyanlara bununla bağlı təkliflər verilib.

İşğaldan azad edilən ərazilərdə bərpa-yenidənqurma işlərinin fiziki həcmi və maliyyə xərcri yüksək olacaq. Buna görə də prosesə xarici şirkətlərin və digər xarici tərəfdaşların qoşulması əhəmiyyətlidir. Bu halda işin ağır yükü paylaşılmaqla yanaşı, Azərbaycanın üzərinə düşən maliyyə təminatı da yüngülləşəcək. Hökumət xarici dəstəyi artırmaq üçün müxtəlif stimullaşdırıcı təkliflər irəli sürməlidir. Təkliflərin cəlbedici olması bərpa-yenidənqurma işlərinə daha çox xarici tərəfdaşın qoşulmasına əsas yaradacaq.

Xarici şirkətləri işğaldan azad edilmiş ərazilərin bərpasına necə cəlb etməli? - Təkliflər

Xarici tərəfdaşlar arasında beynəlxalq təşkilatlar, o cümlədən humanitar təşkilatların olması da mümkündür. Ermənistan-Azərbaycan müharibəsi zamanı qaçqın və məcburi köçkün düşən soydaşlarımıza ilk illərdə göstərilən yardımların böyük hissəsi xarici dövlət və təşkilatların payına düşüb. Həmin illərdə xarici dəstək zamanı yüzlərlə ev, məktəb və digər sosial infrastruktur obyektləri inşa edilib. Eyni təcrübədən işğaldan azad edilən ərazilərin bərpa-yenidənqurma işlərində də istifadə olunmalıdır.

Sfera.az xatırladır ki, dövlətlər, beynəlxalq humanitar və inkişaf təşkilatları tərəfindən qaçqın və məcburi köçkün əhalinin sosial müdafiəsi ilə bağlı müxtəlif ərzaq, qeyri-ərzaq, təhsil, səhiyyə, gəlirəldəetmə, icma inkişafı, mikro-kredit və s. humanitar və inkişaf layihələri üzrə böyük məbləğdə maliyyə və digər maddi dəstək verilib. 1993-2019-cu illərdə xarici mənbələr hesabına verilən dəstəyin məbləği 1,4 milyard manat təşkil edib. Həmin illərdə qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həllinə 7,7 milyard manata yaxın vəsait sərf olunub. Bunun təxminən 3,8 milyard manatı dövlət büdcəsinin, 2,5 milyard manatı Dövlət Neft Fondunun və 1,4 milyard manatı isə beynəlxalq maliyyə qurumlarının, eləcə də ölkəmizdə fəaliyyət göstərən beynəlxalq humanitar və digər təşkilatların vəsaiti hesabına xərclənib.

Beynəlxalq yardımlar 1993-cü ildən güclənib və 2003-cü ilə qədər yüksək templə davam edib. 2003-2013-cü illərdə də yardımlar böyük olub, amma yardımların həcminə ciddi azalma baş verib. 1993-2003-cü illərdə mövcud olan məzənnə ilə 497 milyon dollar dəyərində yardım edilib. 2004-2013-cü illərdə yardımların dəyəri 255 milyon dollara enib.

Donor ölkə, beynəlxalq və yerli humanitar təşkilatlar tərəfindən Azərbaycandakı qaçqın, məcburi köçkün və aztəminatlı əhalinin sosial müdafiəsi ilə bağlı həyata keçirilən layihələrə sərf olunmuş vəsaitlərin illər üzrə dinamikasına nəzər yetirdikdə görürük ki, göstərilən humanitar yardımın dəyərində ciddi azalma olub.Yardım ayıran subyektlərin məlumatına görə ümumi vəsaitin 240 milyon ABŞ dollarını BMT qurumlarının, 400 milyon ABŞ dolları ABŞ-ın humanitar təşkilatlarının, 300 milyon ABŞ dolları isə digər təşkilatların payına düşür.

1993-cü ildə xarici donorlar Azərbaycandakı qaçqın və məcburi köçkünlərə 70 milyon dollar dəyərində yardım edib. 1994-cü ildə yardımın dəyəri 78 milyon dollar, 1995-ci ildə 76 milyon dollar təşkil edib.

1996-cı ildən yardımların dəyərində sürətli azalma baş verib. Həmin ildə yardımların həcmi 68 milyon dollar 1997-ci il 64 milyon dollar, 1998-ci ildə 55 milyon dollar olub.

Humanitar yardımların həcmində azalma növbəti ildə də davam edib və Dövlət Proqramının icrasına başlanıldığı 2005-ci ildə 33 milyon dollara qədər azalıb. 2013-cü ildə yardımlarən dəyəri 30 milyon dollar qiymətləndirilib.

Xarici şirkətləri işğaldan azad edilmiş ərazilərin bərpasına necə cəlb etməli? - Təkliflər

Humanitar yardımlarının azalmasının əsas səbəbi dövlət büdcəsindən və Dövlət Neft Fondundan daha çox vəsaitin bu məqsədlər üçün istifadə edilməsidir. Adətən dövlətin maliyyə imkanları artdıqca donor təşkilatların və ölkələrin yardımlarında azalma baş verir. Eyni proses Azərbaycanda da müşahidə edilib.

Beynəlxalq humanitar təşkilatların xətti ilə məcburi köçkünlər üçün 12 çadır düşərgəsi, 16 fin tipli qəsəbə salınıb, 8000 sadə daş və çiy kərpicdən ev tikilib, 160 min nəfər qaçqın və məcburi köçkün gəlir əldəetmə və icmanın inkişafı proqramlarına cəlb olunub, Füzuli və Ağdam rayonlarının işğaldan azad edilən ərazilərində 700 şəxsi ev təmir və ya bərpa edilib, 600 ictimai bina təmir olunub, 470 məktəb və səhiyyə obyektləri üçün əlavə otaqlar tikilib və lazımi avadanlıqlarla, tədris ləvazimatları ilə təchiz olunub, icma inkişafı, kənd təsərrüfatı, təhsil, səhiyyə, mikro-kredit, gəlirəldəetmə, peşə təlimi, vətəndaş cəmiyyətinin inkişafı, infrastrukturun bərpası və s. layihələr həyata keçirib.

Bu məlumatlar göstərir ki, müharibənin ağır nəticələrinin aradan qaldırılmasında beynəlxalq yardımlaşma önəmli məsələdir. Azərbaycan müxtəlif təşkilatlara müraciət etməklə, problemin ağırlığını göstərməklə xarici maliyyə dəstəyini yenidən arta bilər.

Vasif CƏFƏROV

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR