Logo

Tağıyevin kötükcəsi Qarabağa gəlir

Tağıyevin kötükcəsi Qarabağa gəlir
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Tanınmış Azərbaycan mesenatı Hacı Zeynalabdin Tağıyevin kötükcəsi Alban Klod Qarabağa səfər edəcəyini bildirib.

Sfera.az xəbər verir ki, o, bu barədə öz "Facebook" hesabında məlumat verib.

"Mən tezliklə Qarabağda olacam. Məqsədim fransız oxucular üçün bu müharibə və tarixi torpaqlar haqqında yazmaqdır. Düşünürəm ki, bu yolla daha faydalı ola bilərəm”, - deyə Alban Klod qeyd edib.

Xatırladaq ki, Alban Klod Hacı Zeynalabdin Tağıyevin ikinci oğlu Sadıxın nəticəsidir. O, həmçinin ana tərəfdən Qacar hökmdarı Fətəli şahın nəvəsi, vəliəhd Abbas Mirzənin oğlu Bəhmən Mirzənin, eləcə də görkəmli Azərbaycan yazıçısı Mirzə Fətəli Axundovun nəslindəndir.

Sfera.az

Əzizə Zeynal

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR