Logo

Düşmən güllələri ona təsir etmədi - "Terminator" adlandırılan hərbçimizin FOTOLARI

Düşmən güllələri ona təsir etmədi - "Terminator" adlandırılan hərbçimizin FOTOLARI
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Sosial şəbəkədə xüsusi təyinatlı hərbçi, kapitan Əli Kərimovun Vətən müharibəsindəki şüacətləri ilə bağlı məlumatlar paylaşılıb.

Bildirilir ki, döyüş zamanı güllələrdən biri Əli Kərimovun üzərindəki avtomatın darağına, digər güllə isə üzərindəki qumbaraya tuş gəlib. Xoşbəxtlikdən qumbara partlamayıb. Daha sonra o, düşmənin səngərinə hücum edərək yaxın döyüşə girmək istəyən zaman, snayper gülləsi ilə uzaqdan vurulub. Güllə kapitanın ayağının bir tərəfindən girib digər tərəfindən çıxıb. Lakin özünə ilkin tibbi yardım göstərən Əli Kərimov döyüşə davam edib. O, yaralı halda çox sayda ermənini məhv edib. Özünün yaralı olmağına baxmayaraq digər yaralı dostunu kilometrlərlə çiynində daşıyaraq xilas edib.

Sfera.az sosial şəbəkə istifadəçilərinin "Terminator"a bənzətdiyi xüsusi təyinatlı hərbçi, kapitan Əli Kərimovun fotosunu təqdim edir:

Düşmən güllələri ona təsir etmədi - "Terminator" adlandırılan hərbçimizin FOTOLARI

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR