Logo

"Euronews"un işğaldan azad edilmiş Füzuli rayonundan reportajı - VİDEO

"Euronews"un işğaldan azad edilmiş Füzuli rayonundan reportajı - VİDEO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Euronews" telekanalı erməni işğalından azad edilmiş Füzuli rayonundan reportaj hazırlayıb.

Sfera.az-ın məlumatına görə, reportajda qeyd olunur ki, Füzulidə əsgərlərin Azərbaycan bayrağını sanca bilməsi üçün bir dənə də sağlam tikili qalmayıb. Əsgərlə bayrağı dağılmış evin fasadına sancmaqla kifayətləniblər.

Füzulidən olan qaçqın Arzu Şəfiyevanın sözlərinə görə, 30 il onlar oranı tərk edəndə şəhər tamamilə başqa cür idi.

Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib ki, bu, Ermənistan tərəfindən Azərbaycana və xüsusən Füzuliyə qarşı törədilmiş vandalizm aktıdır:

"İşğala qədər şəhərdə 100 min əhali yaşayırdı, şəhər çiçəklənirdi, amma onu yerlə bir etdilər. Azərbaycan erməinilərin dağıtdıqlarını bərpa edəcək, Füzulini həyata qaytaracaq və bura yenidən Azərbaycanın çiçəklənən şəhərinə çevriləcək".

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR