Logo

Tigran Balayanın növbəti yalanı - FOTO

Tigran Balayanın növbəti yalanı - FOTO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Niderlandda olan erməni Səfir Tigran Balayan erməniləri aldadır ki, Hollandiya Qarabağa görə, Türkiyə və Azərbaycana sanksiya tətbiq edir.

Sfera.az xəbər verir ki, Niderland XİN rəhbəri isə bu məsələnin ancaq Brüsseldə müzakirə edilə biləcəyini söyləyərək istəyi rədd edib.

Ermənistan rəhbərliyi və xaricdəki diplomatik korpusları Qarabağ məsələsini belə qələmə verirlər ki, guya, radikal müsəlmanlar birləşib dünyanın "ən qədim xristianları” olan erməniləri qırırlar. Əslində həqiqət ortadadır və faktiki olaraq Azərbaycanın 28 il əvvəl torpaqları işğal olunub. Azərbaycan işğal olunmuş torpaqların böyük qisminiişğaldan azad etdi.Bununqarşılığında ermənilər iddia etdilər ki, guya, Qarabağda Suriyadan gəlmiş radikal müsəlmanlar savaşıb. Bu iddia özünü doğrultmadı və hətta Rusiya prezidenti Vladimir Putin də belə bir faktın olmadığını dedi.

Buna baxmayaraq, ermənilər bu iddianı Avropaya daşımaq istəyirlər. Bu məqsədlə Niderland Parlamentində bu gün erməni diasporası ilə yaxın olan bəzi deputatlar bu iddianı yenidən dilə gətiriblər. Onlar deyiblər ki, müsəlman cihadçıların iştirakı sübut olunsa, Türkiyə Prezidenti RəcəbTayyib Ərdoğana, Azərbaycan Prezidenti İlham Əliyev və yaxın ətrafına sanksiya tətbiq olunmalıdır. Niderland Krallığı xarici işlər naziri Stef Blok bildirib ki, bu məsələ krallıq parlamentinin səlahiyyəti kənarındadır və buna görə, hətta və hətta suriyalı söhbəti təsdiqlənsə belə, bu Brüsseldə – Avropa Birliyi Parlamentində müzakirə edilə bilər.

Hollandiya parlamentindəki xristian təəsübkeşi olan partiyalar CDA və Christen Unie-nin vəsatətlərini belə əsaslandırmağa çalışıblar ki, Azərbaycandan olan hərbi personal və Suriyadan Türkiyə tərəfindən göndərilən cihadçılar "Dağlıq Qarabağda geniş miqyasda hərbi cinayətlər törədiblər”. LakinNiderlandın xarici işlər naziri Blok buna qarşı çıxıb. Onun sözlərinə görə, bu vəsatətin özü belə düzgün deyil.

Nazir Stef Blok bildirib:

"Əvvəlcə Dağlıq Qarabağ münaqişəsindəki mümkün insan haqları pozuntuları ilə bağlı istintaq aparılmalıdır. Yalnız bundan sonra şübhəlilərə qarşı sanksiyalar və ya qanuni tədbirlər görülə bilər".

Maraqlıdır ki, Niderland Parlamentində müzakirənin bu cür sonlanmasının qarşılığında Ermənistanın Niderlandakı səfiri Tigran Balayan "Twitter”də saxta və yalan bir status yazıb həmvətənlərinə təsəlli verməyə çalışıb.

Onun sözlərinə görə, guya Niderland Parlamenti Türkiyə və Azərbaycana sanksiya tətbiq edir. Həmin statusa minlərlə erməni dəstək verib, paylaşıb və şərhlər yazıblar. Əslində yalan ortalıqdadır və istənilən şəxs "Google"da bununla bağlı axtarış verib əsl həqiqəti öyrənə bilər. Niderland Krallığı demokratik dövlətdir və belə müzakirələri dünyanın istənilən yerindən internetlə canlı izləmək mümkündür.

Tigran Balayanın növbəti yalanı - FOTO

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR