Azərbaycan əsgəri Azıx mağarasında - VİDEO
Kateqoriya məlum deyil
Azərbaycan Ordusunun əsgərləri Azıx mağarasından görüntülər çəkiblər.
Sfera.az xəbər verir ki, bu barədə sosial şəbəkədə video yayılıb.
Videoçəkilişi aparan hərbçi mağara daxilində ermənilərin tikinti-qazıntı işləri ilə məşğul olduqlarını nümayiş edib.
Qeyd edək ki, Azıx mağarası eyniadlı kəndin yaxınlığında yerləşir. Ermənistan silahlı qüvvələri tərəfindən 1993-cü ildə işğal edilən kənd noyabrın 9-da azad edilib.






