Koronavirus ilə qripi necə fərqləndirmək olar? - ÜST açıqladı
COVID-19 və qrip oxşar simptomlara malikdir, lakin düzgün diaqnozu təyin etmək üçün iki xəstəliyin fərqli təzahürlərinə diqqət yetirmək lazımdır.
Sfera.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.
Bildirilib ki, öskürək, burun axıntısı, boğaz ağrısı, qızdırma, yorğunluq koronavirus və qrip virusu üçün ümumi əlamətlərdir.
Koronavirus əlavə olaraq nəfəs darlığına, dad və qoxu itkisinə səbəb olur. Bundan əlavə, COVID-19-un ağır formasında iştahsızlıq, sinədə davamlı ağrı, 38 dərəcədən yüksək atəş və fikri cəmləyə bilməmək müşahidə olunur.
Bu cür simptomlarla rastlaşdıqda dərhal tibbi yardıma müraciət edilməlidir.
Xroniki xəstəlikləri olan insanlar, yaşlı vətəndaşlar, beş yaşa qədər uşaqlar və hamilə qadınlar da dərhal həkimlərə müraciət etməlidirlər.






