Logo

Əliyar Əliyevin doğulduğu kənd də azad olundu

Əliyar Əliyevin doğulduğu kənd də azad olundu
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsində şəhid olan Əliyar Əliyevin doğulduğu kənd işğaldan azad edilib.

Sfera.az-ın verdiyi xəbərə görə, Ali Baş Komandan İlham Əliyevin bu gün açıqladığı işğaldan azad edilən ərazilər arasında Ə.Əliyevin anadan olduğu Qubadlı rayonunun Qəzyan kəndi də var.

Əliyar Əliyev 1957-ci il dekabrın 14-də həmin kənddə anadan olub və 1992-ci il oktyabrın 3-də, 35 yaşında Laçın rayonunda Qarabağ döyüşlərində şəhid olub. O, doğulduğu Qəzyan kəndində dəfn edilib.

Mülki həyatda idman müəllimi olan Ə.Əliyevin şagirdlərindən biri olan Mayis Bərxudarov hazırda general-mayor rütbəsində, birlik komandiri kimi cənub cəbhəsində torpaqları işğaldan azad etməyə davam edir.

M.Bərxudarov Azərbaycan bayrağını Ə.Əliyevin şəhid olduğu "Laçın dəhlizi"ndə sancacağına söz verib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR