Logo

COVID-19-a təkrar yoluxma hansı hallarda baş verir? – Rusiyalı virusoloqdan açıqlama

COVID-19-a təkrar yoluxma hansı hallarda baş verir? – Rusiyalı virusoloqdan açıqlama
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Koronavirusa təkrar yoluxma ehtimalına zəmin yaradan nədir?”

Rusiyanın N.F.Gamaleya adına Epidemiologiya və Mikrobiologiya Milli Tədqiqat Mərkəzinin professoru, epidemioloq Anatoli Altşteyn bu sualı ətraflı cavablandırıb.

Mütəxəssis əmindir ki, bu yoluxucu xəstəlikdən başlıca qorunma yolu insanın təbii immunitetidir.

Sfera.az Rravda.ru-ya istinadla xəbər verir ki, professor məlum xəstəlikdən sağalanları virusa təkrar yoluxnmamaqçün bütün ehtiyat tədbirlərinə riayət etməyə dəvət edib.

"Prinsipcə, koronavirusa təkrar yoluxma mümkündür. Hərçənd, təkrar yoluxma ilkin yoluxmaya nisbətən daha gec-gec baş verir. Amma ilkin yoluxmaya nisbətən təkrar yoluxmaya daha gec-gec təsadüf olunur. Təkrar yoluxma təhlükəsini aradan qaldırmaq üçün koronavirusdan qorunan sağlam insanlar kimi, koronavirusu dəf edən şəxslər də bütün ehtiyat tədbirlərinə riayət etməlidirlər. Üstəlik, bəzən təkrar yoluxma daha ağır formada keçə bilər”,- deyə Anatoli Altşteyn bildirib.

Xəstəliyi əlamətsiz, yaxud yüngül formada keçirən insanlar belə məlum virusa təkrar yoluxa bilər.

Əgər ilkin yoluxma zamanı xəstənin immuniteti çox zəif olubsa(red. bu isə hətta xəstəliyin simptomsuz formasında belə mümkündür), həmin insan yenidən xəstələnə bilər, təkrar yoluxmanın daha ağır, yaxud nisbətən yüngül formada keçəcəyi isə hələlik tam araşdırılmayıb”,-deyə virusoloq fikrini yekunlaşdırıb.

Tərcümə etdi: Selcan

Sfer.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR