Logo

Mesut Özil Qarabağla bağlı paylaşımlarına görə sıxışdırılır - Kürşad Zorlu məşhur futbolçudan yazdı

Mesut Özil Qarabağla bağlı paylaşımlarına görə sıxışdırılır - Kürşad Zorlu məşhur futbolçudan yazdı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bozok Universitetinin dekanı, professor Kürşad Zorlu məşhur futbolçu Mesut Özildən yazıb.

Sfera.az xəbər verir ki, politoloq son dönəmlər Qarabağ cəbhəsində baş verən hadisələrə münasibətinin peşə fəaliyyətinə təsir etməsinə baxmayaraq futbolçunun geri çəkilmədiyini bildirib.

Sözügedən yazını təqdim edirik:

Mesut Özil Qarabağla bağlı paylaşımlarına görə sıxışdırılır - Kürşad Zorlu məşhur futbolçudan yazdı

"Qarabağ savaşı sadəcə silah gücü ilə aparılan müharibə yox, həm də ciddi bir təbliğat müharibəsinə də çevrilmiş durumdadır. Ermənistan rəhbərliyi çirkin təbliğat mexanizmi aparmaqdan çəkinmir. Xüsusilə erməni diasporu dünya üzrə tanınmış məşhur simaları Ermənistan lehinə paylaşımlar etməyə sövq etməkdədir. Sosial media üzərindən milyonlarla insana çatdırılan bu paylaşımlarda Minsk Qrupu ölkələri daha çox önə çıxır.

Məsələn, ABŞ-dan olan reper Kardinin Ermənistana maddi yardım üçün etdiyi paylaşımına kütləvi etiraz olduqdan sonra reper 15 milyon izləyiciyə sahib olduğu Tvitter hesabından üzr mesajı yayımlamağa məcbur qaldı. Türkiyədə əksər məşhur simaların səssiz qaldığı bir dönəmdə türkiyəli futbolçu Mesut Özil öz paylaşımı ilə diqqət çəkir. Belə ki, futbolçu Ermənistanın BMT çərçivəsində qəbul olunan işğal edilmiş Azərbaycan torpaqlarından ermənilərin çıxmalı olduğunu bildirərək Tvitter hesabında "Tək millət iki dövlət” ifadəsini önə çəkdi. Bundan başqa futbolçu ötən gün "İslamda terrora yer yoxdur” paylaşımı ilə marağa səbəb olub.

İzlədiyim qədəri ilə Mesut Özil ümumbəşəri dəyərlər adına və xüsusən də milli məsələlərdə məlumatlılığa töhfə verməyə çalışır. Fikrimcə, mən də daxil olmaqla Azərbaycanın haqlı mübarizəsini dəstəkləyən milyonlarla insan futbolçunun bu xüsusiyyətini yeni kəşf edib. Təbii ki, bu cür mövqenin sərgilənməsinin bir bədəli olacağını da unutmamaq lazımdır.

Belə ki, Mesut Özil təmsil olunduğu "Arsenal” klubunda əsas heyətdən kənarda buraxılmış kimi görünür. Klub rəhbərliyi hər nə qədər bunu inkar etsələr də futbolçunun Şərqi Türküstana dəstək vermək üçün etdiyi paylaşım artıq səbir kasasını daşıran sonuncu damla oldu. Qeyd edək ki, komanda başqa bir futboçusunun Afrika ilə bağlı bu tip paylaşımına rəsmi hesabından dəstək verib.

Mesut Özil Qarabağla bağlı paylaşımlarına görə sıxışdırılır - Kürşad Zorlu məşhur futbolçudan yazdı

Mesut Özülin paylaşımı bu şəkildə idi : "Ey Şərqi Türküstan. Ümmətin qanayan yarası. Zülmə müqavimət göstərən mücahidlər və döyüşçülər dəstəsi. Quranlar yandırılır, məscidlər bağlanır, mədrəsələr qadağan edilir, din alimləri bir-bir öldürülür. Qardaşlarımız məcbur düşərgələrə aparılır... Bütün bunlara baxmayaraq Məhəmməd ümməti susur. Müsəlmanlara sahib çıxan yoxdur. Məgər bilmirsiniz ki, zülmə göz yummaq özü də zülmkeşlikdir.

Hz. Əli çox gözəl deyib : "Zülmə əngəl ola bilmirsinizsə onu hamıya çatdırın”. Qərb dövlətlərinin mediasında bu məsələlərin aylarla gündəmdə olmasına baxmayaraq müsəlman mediasından səs yoxdur. Tanrım, Şərqi Türküstandakı qardaşlarımıza kömək et”,- deyə futboçu qeyd edib.

Arsenalın rəsmi hesabından "Bu, oyunçumuzun şəxsi fikiridir” deyilsə də, Çin dövlətinin reaksiyası bu məsələyə qarşı fərqli oldu. Bu ölkənin futbol sənayesindəki yeri də aydın məsələdir...

Mesut Özil Qarabağla bağlı paylaşımlarına görə sıxışdırılır - Kürşad Zorlu məşhur futbolçudan yazdı

Xalq diplomatiyası yalnız qeyri-adi dövrlərdə deyil, adi şərtlər altında da həyata keçirilməli bir fəaliyyətdir. Bir növ, hamımız bu məsələnin bir hissəsiyik. Mesut Özil bu mövzulara girməmiş ola bilərdi və hər kəs ona "Niyə bu mövzularda yazmırsan?" sualına verə bilərdi. Beləliklə, onu heyətdəki yeri üçün daha aydın mövqe yaranardı.

Bu münasibət alqış yoxsa cəzaya layiqdir? Siz qərar verin ...

Mən Azərbaycan türkcəsində "Mesut Özilə eşq olsun..." deyirəm”.

Sfera.az

Əzizə

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR