"Siz "tupoy"lara mən necə izah edim..." – Tanınmış startapçı boykota qoşulanları təhqir etdi
Sfera.az xəbər verir ki, bu sözləri sosial şəbəkədəki hesabında məşhur startapçı Toğrul Səməd yazıb.
T.Səmədin boykotla bağlı yazdığı post belə davam edir:
""Mcdonald's" deməyib ki, mən erməniləri dəstəkləyirəm. Çox güman ki, mənim brendimə siyasətinizi qatmayın deyib. Yəni gedin o biri tərəfdə oynayın. Deyilənə görə, "Mercedes Armenia" hələ bir pul da köçürüb ermənilərə... Belə bombasızsa, "Mercedes"i boykot edin. Hamınız gedin sürdüyünüz "Mercedes"ləri yandırın! Bax buna deyərəm boykot. Pah böyük şey olub qamburger yeməyəcəklərmiş... Qamburger yeməməklə heç nə olmur. İndi bizim başdan xarablar gedib başqalarının "Mercedes"lərini yandırmasa, yaxşıdı".
Onun boykota qoşulanlarla bağlı təhqir dolu ifadələrdən istifadə etməsi birmənalı qarşılanmayıb.
Xatırladaq ki, "McDonald's", "Papa John's" və "Burger King" şirkətləri ölkəmizə dəstəklə bağlı birmənalı mövqe ortaya qoya bilmədikləri üçün artıq bir neçə gündür ki, vətəndaşlarımız tərəfindən boykot edilir.

Aysel
Sfera.az






