Müdafiə Nazirliyi cəbhədəki son vəziyyətlə bağlı məlumat yaydı
Kateqoriya məlum deyil
Xocalı rayonunun Qarabulaq kəndinin (keçmiş Əsgəran rayonunun Aknaxpyur kəndi) guya Azərbaycan Ordusu tərəfindən atəşə tutulması nəticəsində mülki əhalinin xəsarət alması barədə Ermənistan mətbuatının yaydığı məlumat yalandır.
Sfera.az xəbər verir ki, bununla bağlı Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.
"Rəsmi olaraq bildiririk ki, Azərbaycan Ordusu mülki əhaliyə deyil, yalnız hərbi hədəflərə atəş açır”, - məlumatda qeyd edilib.






