Logo

İzmirdə güclü zəlzələ: 17 ölü, 763 yaralı - FOTO/Yeniləndi

İzmirdə güclü zəlzələ: 17 ölü, 763 yaralı - FOTO/Yeniləndi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Türkiyənin İzmir şəhərində baş verən zəlzələ nəticəsində 4 nəfər ölüb, 120 nəfər yaralanıb.

Sfera.az xəbər verir ki, məlumatı Türkiyə KİV-ləri yayıb.

Xatırladaq ki, bu gün İzmirdə 6,6 bal gücündə zəlzələ baş verib. Təkanlar bir sıra şəhərlərdə də hiss olunub.

***

İzmirdə zəlzələ nəticəsində həlak olanların sayı 6 nəfərə, yaralananların sayı 202 nəfərə çatıb.

Sfera.az xəbər verir ki, zəlzələ bölgəsində axtarış-xilasetmə işləri davam etdirilir. Dağıntılar altından indiyədək 70 nəfər sağ olaraq çıxarılıb.

***

Türkiyənin qərbindəki İzmir vilayətində zəlzələ nəticəsində azı 12 nəfər həlak olub, daha 419 nəfər xəsarət alıb.

Bu barədə Türkiyənin Fövqəladə Hallar üzrə İdarəsi məlumat yayıb.

"Ölənlərin sayı 12 nəfərə yüksəldi. 419 nəfər yaralanıb", - idarənin xəbərində deyilir.

***

Türkiyənin qərbindəki İzmir vilayətində zəlzələ nəticəsində xəsarət alanların sayı 607 nəfərə çatıb.

Bu barədə Fövqəladə Hallar üzrə İdarə məlumat yayıb.

Məlumata görə, təbii hadisə zamanı 12 nəfər həlak olub.

Qeyd edək ki, Seferihisar rayonunun sahilində 6,6 bal gücündə zəlzələ olub. Yeraltı təkanların ocağı 16,54 km dərinlikdə olub. Zəlzələ Bakı vaxtı ilə 15:54-də baş verib.

***

İzmir şəhərində baş verən zəlzələ nəticəsində ölənlərin və yaralananların sayı artıb.

Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

İzmirdə baş vermiş 6.6 ballıq zəlzələ nəticəsində ölənlərin sayı 17-ə, yaralıların sayı 763-a yüksəlib

İzmirdə güclü zəlzələ: 17 ölü, 763 yaralı - FOTO/Yeniləndi
İzmirdə güclü zəlzələ: 17 ölü, 763 yaralı - FOTO/Yeniləndi

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR