İzmir zəlzələsində ölən varmı? - AÇIQLAMA
Kateqoriya məlum deyil
"Axtarış qrupları iş başındadır, hələ ki, yaralılarla bağlı xəbərlər eşidirik”.
Bunu Sfera.az-a Türkiyədə yaşayan jurnalist Məhsəti Şərif bildirib.
Jurnalist indiyədək ölüm xəbərinin olmadığını qeyd edib:
"Hələ ki, yaralılarla bağlı xəbərlər var, ölüm xəbəri eşitməmişik. İzmirdə yaşayan vətəndaşlarımızdan isə məlumat yoxdur. Axtarış qrupları iş başındadır”.
Qeyd edək ki, bu gün Türkiyənin İzmir şəhərində 6.6 bal gücündə zəlzələ olub, 20-ə yaxın binanın dağılması ilə bağlı məlumat verilib.
Sfera.az
Əzizə Zeynal






