Logo

Neft qiymətlərinda volatillik yüksəlib, bazar yeni qiymətlərə uyğunlaşır - TƏHLİL

Neft qiymətlərinda volatillik yüksəlib, bazar yeni qiymətlərə uyğunlaşır - TƏHLİL
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Pandemiyanın ikinci dalğasının müşahidə edilməsi neft bazarında vəziyyəti yenidən mürəkkəbləşdirib. Bu səbəbdən neft qiymətlərində volatillik (dəyişkənlik) son illərin ən yüksək səviyyəsinə çatıb.

ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatına əsasən, xam neftin qiymətindəki dəyişkənlik 2007-ci ilin may ayından indiyədək ən yüksək səviyyədədir. Buna səbəb koronavirusun mənfi təsirləri və neft tədarükünün kəskin artmasıdır.

EIA-ya görə, koronavirusun qlobal miqyasda iqtisadi böhrana səbəb olması, eləcə də Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv ölkələrlə müttəfiqlərindən ibarət olan "OPEC+” koalisiyasının neft hasilatının azaldılması barədə qəbul etdiyi qərarın arzulanan qiymətlərin formalaşmasına imkan verməməsi neftin qiymətində dəyişkənliyi hər zaman artırma ehtimalı var.

Sfera.az xatırladır ki, sentyabrdan başlayaraq neft qiymətlərindən kəskin eniş və yüksəliş müşahidə edilir. Bu volatillik oktyabrın 23-nə kimi davam etdi və neft "Brent” neftinin qiyməti 45 dollardan 42 dollara endi. Son günlərdə isə volatilliyi qiymət enişi əvəz edib. Hazırda "Brent” neftinin qiyməti 37-38 dollar səviyyəsindədir ki, bu da ciddi enişdir. Bu enişdən sonra son bir ayda "Brent” nefti 7 faiz, ilin əvvəlindən 42 faiz, son bir ildə 37 faiz ucuz ucuzlaşıb.

Xarici ekspertlər neft bazarında qiymət dəyişkənliyinin yüksək olmasını pandemiyanın ikinci dalğasının baş verməsi ilə əlaqələndirir. Pandemiya, Covid-19 virusunun yayılma səviyyəsi qiymətlərin sabitləşməsini çətinləşdirir. Əgər virusun yayılma səviyyəyi və onun zərərsizləşdirilməsi proqnozlaşdırıldığı kimi davam etsəydi neft qiymətlərində də sabitlik yaranardı.

Covid-19 virusunun yayılmasında birinci mərhələ başa çatdıqdan sonra epidemoloji vəziyyət xeyli yaxşılaşmışdı. Dövlətlər bunu nəzərə alaraq sərt karantin qaydalarının yumşaltdı Bu mərhələdə "OPEC+” koalisiyasının neft hasilatı ilə bağlı əldə etdiyi razılaşma qiymətlərin 40-45 dollar səviyyəsində sabitləşməsinə kömək etdi. İyun ayından bəri neft qiymətləri 40-45 dollar həddində idi.

Amma virusun yayılması səviyyəsi yenidən yüksəlir. Avropada, Türkiyədə, qonşumuz Gürcüstanda, Cənubi Amerikada bu dinamika müşahidə edilir. Bu vəziyyətdə yenidən karantin qaydalarının sərtləşdirilməsi tələb olunur. Yaranmış vəziyyətdə neftə tələbin aşağı düşməsi ehtimalı yüksək olduğundan neftun ucuzlaşması prosesi baş verib.

Sentyabr ayında neft davamlı dəyər itirir. Xarici ekspertlər proqnozlaşdırır ki, əgər virusun yayılması güclənərsə, qiymətlərin bir qədər də enməsi realdır.

Çünki pandemiya qlobal iqtisadiyyat üçün böhran riskini daha da gücləndirir. Epidemiyanın qarşısı gec alınarsa postpandemiya dövrünə keçid uzanacaq və nəticədə qlobal iqtisadiyyatın aktivlik imkanları bir qədər də zəifləyəcək. Bu halda qlobal iqtisadiyyatda tələbin əvvəlki səviyyə çatması üçün daha çox vaxt lazım gələcək. Bəzi proqnozlarda tələbin 2021-ci ilin ikinci yarısında, bəzilərində hətta 2022-ci ildə tam bərpa ediləcəyi güman edilir. Bu şərtlər daxilində neft qiymətlərində volatilliyin aşağı düşməsi məqsədilə "OPEC+” koalisiyasının razılaşma müddətini uzatması lazım gələcək. Hazırkı razılaşmaya əsasən 2021-ci ilin birinci yarısında neft hasilatının kəskin azaldılması müddəti bitir.

Azərbaycan üçün neftin qiymətinin 55-60 dollar olması vacibdir. Əks halda cari əməliyyatlar balansında tarazlığı təmin etmək çətin olacaq. Azərbaycan hökumətinin proqnozuna əsasən 2020-2022-ci illərdə cari əməliyyatlar balansında kəsir olacaq. Bu müddətdə cari əməliyyatlar balansı ilə bərabər Dövlət Neft Fondunun büdcəsində də kəsir gözlənilir.

Yeni proqnozlara əsasən, 2020-ci ildə cari əməliyyatlar balansında 1,539 milyard dollar kəsir olacaq. Hökumət proqnozlaşdırır ki, 2021-ci il üzrə cari əməliyyatlar balansında 1,377 milyard dollar, 2022-ci ildə 518,5 milyon dollar kəsir olacaq, 2023-cü ildən kəsiri profisit əvəz edəcək. Gözləntiyə görə cari və növbəti ildə ticarət balansındakı profisit cari əməliyyatlar balansındakı kəsiri tam örtə bilməyəcək. Neft qiymətlərinin müxtəlif ssenariləri üzrə proqnozlara əsasən bu il və növbəti ildə cari hesab balansında kəsir proqnozlaşdırılsa da ortamüddətli dövrdə profisit gözlənilir.

Beləliklə, aşağı qiymət Azərbaycan üçün əlverişli deyil, onun bir neçə il qalması maliyyə sabitliyi üçün riskləri artırır.

Vasif

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR