Logo

“Jonson&Jonson” Qarabağdakı terrorçu rejimi maliyyələşdirir? - FOTO

“Jonson&Jonson” Qarabağdakı terrorçu rejimi maliyyələşdirir? - FOTO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
"Jonson&Jonson” şirkəti Azərbaycanın işğal edilmiş torpaqlarında Ermənistan tərəfindən yaradılan quldur separatçı rejimi maliyyələşdirir.

Sfera.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan məlumata əsasən, şirkətin Böyük Britaniya bölməsinin maliyyə direktoru Ani Akopyan separatçı rejim üçün vəsait yığımı ilə bağlı paylaşım edib və yığılan pula "Jonson&Jonson” tərəfindən 50% əlavə ediləcəyini bildirib.

Bu addımla "Jonson&Jonson” Azərbaycanın mülki əhalisinə qarşı qadağan olunmuş kaset bombaları istifadə edən terroristik qurumu dəstəkləyir.

Sosial şəbəkə istifadəçiləri A.Akopyanın addımının araşdırılması və bu aksiyanın dayandırılması ilə bağlı "Jonson&Jonson” şirkətinə məktublar ünvanlayıb.

Əks halda şirkətin istehsal etdiyi bütün mallarının idxalı Azərbaycana qadağan edilməsi təklif edilir. ///Oxu.az

“Jonson&Jonson” Qarabağdakı terrorçu rejimi maliyyələşdirir? - FOTO

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR