Logo

İlham Əliyevin yeni islahatlar konsepsiyası real nəticələr verir

İlham Əliyevin yeni islahatlar konsepsiyası real nəticələr verir
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

İş adamı Musa Mirzəyev: "Davamlı tərəqqiyə və sosial rifaha xidmət edən strategiya Azərbaycanın dayanıqlı inkişafına əsaslı təminatdır”

Son illərdə müasir iqtisadi çağırışların ahənginə uyğun olaraq dövlət idarəetmə sistemində aparılan genişmiqyaslı islahatlar Azərbaycan iqtisadiyyatının forma və məzmun baxımından müasirləşməsinə və yeni meyarlar əsasında inkişafına əsaslı zəmin yaradıb. Səmərəli, şəffaf və hesabatlığa əsaslanan müasir idarəetmə modeli vətəndaş-dövlət münasibətlərinə yeni yanaşma tərzinin formalaşmasını təmin edib.

Dövlətimizin başçısı cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən və ilk növbədə sosial problemlərin kompleks həllinə geniş imkanlar açan səmərəli islahatlar, imzalanan mühüm fərman və sərəncamlar iqtisadi inkişafın sürətləndirilməsinə xidmət etməklə yanaşı, dünya miqyasında Azərbaycanın mövqelərini daha da möhkəmləndirir. Son illərdə imzalanmış inkişaf konsepsiyaları, strateji yol xətirələri və onlara əlavələr paytaxt və regionların tarazlı, davamlı inkişafını, onların potensialının bir-birinə kömək mexanizmi üzərində qurulmasını, qeyri-neft sektorunun daha da möhkəmlənməsini, iqtisadiyyatın neftdən asılılıq dərəcəsinin azaldılmasını, infrastrukturun yeniləşdirilməsini təmin edibdir.

Yeni iqtisadi sistemin əsas sütunlarından birinə çevrilən və ölkə iqtisadiyyatının aparıcı qüvvəsi olan milli sahibkarlıq sektoru aparılan islahatların tempinə uyğun olaraq fəaliyyətini daha da artırır, biznesə açılmış yeni fürsətlərdən səmərəli şəkildə yararlanmağa çalışır. İqtisadi proseslərin axarına uyğun olaraq yeniliklər, təşəbbüslər, müasir qabaqcıl layihələr gerçəkləşdirən iş adamı, "Azər un” ASC-nin rəhbəri Musa Mirzəyevlə söhbətimizdə bu və digər məsələlərə nəzər salmağa çalışdıq. Müsahibimiz Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə əldə edilmiş misilsiz uğurlardan danışaraq qeyd etdi ki,son illər respublika regionlarında müasir tələblərə cavab verən və yüksək texnologiyalarla təchiz olunan yeni sənaye və emal müəssisələrinin istifadəyə verilməsi dünya bazarlarına rəqabətə davamlı məhsulların çıxarılmasına, bütövlükdə ixracın şaxələndirilməsinə imkan yaradıb.

Şəffaflıq və hesabatlılıq hər sahibkar üçün əsas meyar olmalıdır”

İş adamı M.Mirzəyev bildirdi ki, azad biznesin yüksək inkişaf zirvəsinə çatmasında regional inkişaf proqramları ilə yanaşı, «Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqramı», «Sahibkarlığa dövlət maliyyə dəstəyinin göstərilməsi sahəsində əlavə tədbirlər haqqında», «Sahibkarlıq sahəsində yoxlamaların nizama salınması və istehlakçıların hüquqlarının qorunmasının təmin edilməsinə dair bəzi tədbirlər haqqında», "Sahibkarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında" və s. fərman və sərəncamlar mühüm rol oynayıb: "İnstitisionla islahatların ən mühüm istiqamətlərindən biri biznesin fəaliyyətinin rəqabətliliyini artıran əlverişli iqtisadi rejimlərin tətbiqidir. "2015-ci ildən etibarən sahibkarlıq fəaliyyəti üçün lisenziya və icazələrin sayının və ödənilən rüsumların məbləğlərinin dəfələrlə azaldılması, icazələrin verilməsi prosedurlarının sadələşdirilməsi, o cümlədən bu sahədə elektron portalın yaradılması, sahibkarların hüquqlarının qorunması məqsədilə Apellyasiya Şuralarının yaradılması, ölkə ərazisindən tranzit yüklərin daşınmasında "bir pəncərə" prinsipinin tətbiq olunması, investisiyaların təşviqinin artırılması məqsədilə 7 il müddətində vergi və gömrük güzəştlərinin verilməsi, idxal-ixrac əməliyyatları zamanı gömrük prosedurlarının sadələşdirilməsi, elektron gömrük xidmətlərinin daha da genişləndirilməsi, "Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqi, Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyinin yaradılması, dövlət orqanlarında sahibkarların müraciətlərinin birbaşa cavablandırılmasını həyata keçirən, məlumatlandırma və məsləhət xidmətləri göstərən çağrı mərkəzlərinin yaradılması və digər tədbirlər öz müsbət nəticələrini verməkdədir”.

Musa Mirzəyev qeyd eydi ki, 2018-ci ilin 11 aprel seçkilərində növbəti dəfə xalqın yüksək etimadını qazanaraq dövlət başçısı postuna seçilən cənab İlham Əliyevin rəhbərliyi ilə tamamilə yeni islahatlar kursuna start verilibi. İslahatlar idarəçiliyin müasirləşdirilməsinə, novatorluğu ilə fərqlənən gənclərin irəli çəkilməsinə və idarəetmə sistemində kreativ yanaşmaların tətbiqinə səbəb olub: "Sözsüz ki, islahatlar azad biznesin fəaliyyətindən də təsirsiz ötüşmədi.

Bürokratik idaretmənin ləğvi, çevik və müasir idarəetmə institutlarının formalaşdırılması, iqtisadi sistemin sağlamlaşdırılması, "kölgə iqtisadiyyatı”nın aradan qaldırılması sahibkarların fəaliyyətinin genişlənməsinə, iqtisadiyyata daha çox töhfə vermələrinə səbəb oldu. Şəffaflıq, hesabatlılıq və azad rəqabət mühiti vergitutma bazasınının genişləndirilməsinə öz müsbət təsirlərini göstərdi. 2019-cu ildə dövlət büdcəsinə 1,1 milyard manatdan çox əlavə vəsaitin daxil olmasına imkan verdi. Sahibkarlar öz fəaliyyətini şəffaf qurmalı, şəffaflıq və hesabatlılıq hər bir iş adamı üçün əsas meyar olmalıdır. Məhz bu amil dövlətin iqtisadi gücünün artmasına səbəb olur”

"Birinci vitse-prezident islahatlara yeni nəfəs gətirib”

"Təmirmaş” ASC-nin rəhbəri islahatların genişləşləndirilməsində və səmərəli nəticələr verməsində Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın da xidmətləri xüsusi qeyd etdi. Bildirdi ki, səlahiyyətlərinin icrasına başladığı ilk günlərdən Mehriban xanım Əliyevanın cəmiyyətin həssas təbəqələrinin problemlərinin həllinə xüsusi diqqət göstərməkdədir: "Cəmiyyəti narahat edən məsələlərin həlli naminə əzmkarlıqla çalışan, səmərəli təşəbbüslərin müəllifi kimi çıxış edən Azərbaycanın birinci xanımı dövlət idarəçiliyində də cəmiyyətin sosial-mənəvi, intellektual tərəqqisinə və sağlamlığına xidmət edən islahatlara yeni nəfəs veribdir”.

Musa Mirzəyev biznes məsələlərini dərindən mütaliə edən, dünyada baş verən iqtisadi prosesləri diqqətlə izləyən və özünün məntiqi və praqmatik baxışları, yanaşması ilə iqtisadiyyatın mövcud vəziyyətini qiymətləndirməyi bacaran istedadlı sahibkardır. Onun 2020-ci ilin əvvəllərindən başlanmış dünya iqtisadi böhranına peşəkar mütəxəssis, bacarıqlı iş adamı kimi münasibəti də maraqlıdır. Sahibkarın fikrincə, pandemiyanın doğurduğu çətinliklər olmasaydı, Azərbaycan daha böyük uğurlara nail olacaqdı: "2020-ci ili çox nikbin iqtisadi-sosial göstəricilərlə başlamışdı və inkişaf dinamikasının sürətlənəcəyi proqnozlaşdırılırdı. Bütün makroiqtisadi göstəricilər ümidverici idi. Birinci rübdə ölkəmizdə ümumi daxili məhsulun (ÜDM) həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,1 faiz artaraq 18 milyard 321,1 milyon manat təşkil etmişdi. İqtisadiyyatın qeyri neft-qaz sektorunda əlavə dəyər 3,5 faiz artmışdı. Ancaq dünyanı cənginə alan koronavirus pandemiyası bu müsbət meyillərin qarşısını xeyli dərəcədə aldı”.

"Azərbaycanın anti-böhran proqramı biznesə hərtərəfli dəstəkdir”

M.Mirzəyev qeyd etdi ki, qlobal iqtisadiyyatda təzahür edən proseslər –koronavirus pandemiyası ilə əlaqədar iqtisadi artım templərinin yenidən aşağı düşməsi, neft bazarında qiymətlərin kəskin azalması, cari ilin mart ayından başlayaraq enerji bazarlarında baş verən təlatümlər qlobal iqtisadiyyatın bir parçası olan Azərbaycana da öz mənfi təsirlərini göstərib: "Pandemiya və ölkəmizdə tətbiq olunan karantin rejim, habeləiə sosial təcrid tədbirləri işgüzar fəallığın və iqtisadi inkişafın xeyli dərəcədə zəifləməsinə səbəb oldu. Belə ki, cari ilin ilk altı ayında ötən ilin eyni dövrü iləmüqayisədə ÜDM 2,7 faiz, o cümlədən qeyri neft-qaz ÜDM-i 2,5 faiz, əsas kapitala yönəldilmiş vəsaitin həcmi 2,7 faiz, o cümlədən qeyri neft–qaz sektoru üzrə 15,5 faiz azalıb. İqtisadi aktivliyin zəifləməsi nəticəsində qeyri-neft gəlirlərinin azalması və digər maliyyələşmə mənbələrinin daralması, sözsüz ki, dövlət büdcəsinin gəlir və xərclərinəki möhkəm tarazlığın pozulmasına səbəb olub”.

Sahibkarın fikrincə, belə bir vəziyyətdə Azərbaycanın qarşısında bir sıra mühüm çağırışlar meydana çıxıb: "Respublikamız heç cür bu qlobal təsir və risklərdən kənarda qala bilməzdi. Həmin günlərdə Prezident cənab İlham Əliyevin müdrik və uzaqgörən qərarları sayəsində ölkəmizin yeni iqtisadi ssenariləri hazırlandı. Dövlət başçısının tapşıqıq və tövsiyələrinə əsasən, maliyyə dayanıqlığının təmin edilməsi, milli iqtisadiyyatda, o cümlədən fiskal və monetar sektorlarda, həmçinin maliyyə-bank sektorunda baş verən prosesləri dərindən öyrənilməklə cari və ortamüddətli dövr üçün iqtisadi siyasəti formalaşdırmaq vəzifələri qoyuldu. Möhtərəm Prezident İlham Əliyevin "Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” 2020-ci il 19 mart tarixli Sərəncamına əsasən, Nazirlər Kabineti tərəfindən Tədbirlər Planı hazırlandı”.

İş adamı Tədbirlər Planının icra edilməsindən ötən 6 ayı həm iqtisadi dayanıqlıq, həm də biznesin imkanları baxımından bir sıra yeniliklərin baş verməsi ilə xarakterizə etdi. Musa Mirzəyev vurğuladı ki, ötən bu müddətdə çox vacib əhəmiyyət daşıyan sistemli iqtisadi və sosial proqrmalar uğurla icra edildi, möhkəm iqtisadi sabitliyin bərqərar olunmasına nail olunub. İqtisadi siyasətin tələblərindən biri kimi maliyyə-büdcə-fiskal siyasətdə də dəyişikliklər edilib, 2020-ci ilin dövlət büdcəsi dürstləşdirilib, bir sıra sahələrə, o cümlədən biznesə maliyyə dəstəyi xərcləri artırılıb. Bu çevik və vaxtında qəbul edilmiş qərarlar iqtisadi quruculuq prosesinin dayanıqlığını təmin etməyə və azad sahibkarlığın ahəngdar fəaliyyətinin normasına düşməsinə hesablanıb.

"Azərbaycan dünyaya həmrəylik və xeyirxahlıq nümunəsi nümayiş etdirdi”

Musa müəllim söhbət əsnasında Azərbaycan dövlətinin koronavirusun geniş yayıldığı ağır günlərdə milli birlik və həmrəylik nümayiş etdirməsini dünya üçün nümunə kimi səciyyələndirdi: "Respublikamız öz liderliyini nümayiş etdirərək bütün bəşəriyyətə öz xeyirxah və əməli dəstəyini əsirgəmədi. Prezident İlham Əliyevin birbaşa təşkilatçılığı və təşəbbüsü ilə Türk Şurasının, Qoşulmama Hərəkatının zirvə görüşlərinin keçirilməsi Azərbaycan dövlətinin xoşniyyətli və humanizm obrazını dünyaya təqdim etdi. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, çətin və köməksiz insanlara yardım etmək apardığımız siyasətin tərkib hissəsidir”.

M.Mirzəyev həmin çətin sınaq günlərində Birinci Vitse-prezident Mehriban xanım Əliyevanın da təşəbbüskarlığını, insanlara diqqət və qayğısını xüsusilə qeyd etdi. Bildirdi ki, Azərbaycanın birinci xanımının ilk günlərdən pandemiya ilə mübarizəyə ciddi töhfələr verməsi xəstəliklə səmərəli mübarizəyə pozitiv təsirlərini göstərib: "Onun xarici ölkələrdən ən müasir, zəruri tibbi avadanlıq və ləvazimatların respublikamıza gətirilməsində xüsusi əməyi ictimaiyyət tərəfindən də razılıqla qarşılandı. Bu ağır günlərdə Mehriban xanım Əliyevanın bir neçə dəfə xalqa müraciət edərək hamımızı milli birliyə dəvət etməsi də xüsusi vurğulanmalıdır”

Təcrübəli iş adamı Musa Mirzəyev hökumətin son dövrlərdə karantin rejimi ilə əlaqədar tətbiq edilən bir sıra məhdudiyyətlərin aradan qaldırılmasını da yüksək qiymətləndirərək bu düşünülmüş addımın orta və ə kiçik sahibkarların mənafeyinə xidmət etdiyini bildirdi. Qeyd etdi ki, iri ticarət mərkəzləri istisna olmaqla, digər bütün istehsal, xidmət, ticarət və satış obyektlərinin fəaliyyətə başlaması ölkə iqtisadiyyatında hərarətin yenidən artmasına, işgüzar fəallığın yüksəlməsinə səbəb olacaq: "Artıq iqtisadi həyatımız bütün normaları ilə əvvəlki axarına qayıtmaqdadır. Məlum səbəblərə görə, neçə aylardır qapadılmış minlərlə obyekt öz qaynar həyatını davam etdirir, bu iqtisadi və sosial cəhətdən mühüm əhəmiyyət kəsb edir. Həmin sahibkarlıq subyektlərinin hər biri gəlir gətirən sahə kimi yenidən əlavə dəyərin yaradılmasına töhfə verəcək, büdcəmizə vergi-gömrük və s. yığımlarda müsbət dinamika bərqərar olacaq. İş yerlərinin bərpası öz ahənginə düşüb, on minlərlə insanın işlə təmin edilməsi dövlətin məşğulluq siyasətinə müsbət təsir göstərir. İnsanların sosial təcrdiddən çıxması onların sosial güzəranının yaxşılaşmasına müsbət təsir edir”.

"Yeni iqtisadi quruculuqda sahibkarların üzərinə böyük məsuliyyət düşür”

"Azər un” ASC-nin rəhbəri hazırkı iqtisadi şərait və antiböhran tədbirlərinin həm də iqtisadi həyatımızda yeni normalar, yeni davranışlar formalaşdırdığını vurğulayaraq post-pandemiya dövründə inkişaf üçün yeni imkanların açıldığını xatırlatdı: "Yeni şərait bir sıra tələbləri qaçılmaz edir, buna görə də biz sahibkarlar da bu davranış tərzlərinə uyğunlaşmalı, fəaliyyətimizi ölkə başçısı tərəfindən müəyyən edilmiş milli inkişaf prioritetlərinə uyğun formalaşdırılmalıyıq. Hazırda dövlətimizin qətiyyətlə həyata keçirdiyi çoxşaxəli və əhatəli dəstək tədbirləri post-pandemiya dövründə iqtisadi dinamikanın yüksəlişinə güclü zəmin yaradır.

Dövlət hər zaman sahibkarlara arxa-dayaq olub, iş adamlarının çətinliklərinə diqqətlə yanaşıb, hərtərəfli qayğı və maddi dəstək göstərib. Bütün bunların müqabilində biz sahibkarlar da imkanlarımızı səfərbər edərək iqtisadiyyatımızın inkişafına, ölkəmizin güclənməsinə töhfə verməyə çalışacağıq. Əminik ki, dövlətimizin və sahibkarlarımızın birgə gücü və vəhdəti sayəsində ölkəmiz qlobal böhran və pandemiyanın təsirlərini dəf edəcək, əvvəlki iqtisadi inkişaf gücünə qayıdaraq güclü iqtisadiyyat quruculuğu prosesində irəliləyəcəkdir”.

Orxan

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR